Banişevskiyə dərman üçün 100 manat verməyən AFFA indi köynəyini 149 manata satır
Bu gün, 00:01
"Park Bulvarda gördüm Banişevskinin 9 nömrəli, rəsmi AFFA loqolu forması satılır. Yaxınlaşdım ki, bəlkə alım bunu. Qiymətinə baxdım: 149 manat. Qeyd: Banişevski dərman üçün indiki pulla 100 manat pul tapmadığına görə dünyasını dəyişib. AFFA bir dəfə onun ailəsinə o xəstə olan vaxt 100 dollar kömək edib. Həyat yoldaşı sevinə-sevinə o pulu bankda dəyişmək istəyəndə məlum olub ki, AFFA-nın verdiyi pul saxtadır və yoldaşı buna görə polis tərəfindən saxlanılmışdı. Vaxtinda 100 manatlıq dəyər verilmədi, indi köynəyi 149 manata satılır..." Pərviz Əzimov, jurnalist. Anar Tağıyev