Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ

Bu gün, 00:03           
 Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? -
Neçə müddətdir ki, yerli KİV-də ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovla münasibətlərinin gərgin olması ilə bağlı xəbərlər yayılır. Qeyd edək ki, kifayət qədər əsaslı olan bu xəbərlərə rəsmi qaydada reaksiya verilməsə də, Seyidovun bu prosesin ictimailəşməsində maraqlı olmadığı da bəlli olur.

"DİA-AZ"ın məlumatına görə, hazırda Seyidov qurtulmuş kimi görünsə də, durum tamam fərqlidir. Bu barədə danışan mənbə bildirir:

"Seyidov əslində özünü nazir postunda görürdü. Əhmədovun gəlişi ona böyük zərbə oldu. İllər ərzində penitensiar xidmət daxilində qurduğu rüşvət və korrupsiya sistemi hədəfə çevrildi. Məcburi qaydada "rüşvət pəhrizinə" oturan Mirsaleh müəllim hətta "bahalı dustaqlardan" gələn gəlirlərdən də imtina etməli olub".

Qeyd edək ki, hazırda həbsxanada olan keçmiş məmurlar və iş adamları üçün ayrıca saxlama yerləri var və onlar bu villa-türmələri olduqca baha qiymətə kirayə edirlər. Onlardan alınan pullar isə birbaşa olaraq Mirsaleh Seyidovun cibinə gedir.

Mənbə iddia edir ki, Fərid Əhmədovun hədəfinə çevrilən Mirsaleh Seyidov indi bu qazancından imtina etməli olacaq.

Məsələ bununla da bitmir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru