HƏR YERDƏ QAR VAR - SALVATORE ADAMONUN HİTİ

15-01-2024, 17:24           
HƏR YERDƏ QAR VAR - SALVATORE ADAMONUN  HİTİ
1963-də “Tombe la neige” - fransız dilində “Qar yağır (sən gəlməz oldun)” adıyla lentə alınan bu mahnı dünya estradasının ən məşhur, oxunan və sevilən hitlərindən biridir. Moskvada buraxılan plastinkası - diskini 1975-də ala bildım, dostlarımla, o cümlədən Əhməd Qəşəmoğluya dinləyib zövq alırdıq.
Hər yerdə qar var, qəlbim sənin bu gecə,
Hər yerdə qar var, qəlbim sənin bu gecə!
Bəlkə gələrsən sən? Baxarkən pəncərədən
Gözlər yalnız qarda səndən izlər özlər...
Salvatore Adamo 1950-cilərdə kasıbçılıqdan Belçikaya köçən italiyalı mühacirin oğludur. Tanınandan sonra Fransanın və dünyanın ən böyük estrada səhnələrində alqışlanıb. Lirik, sevgi-məhəbbət mahnılarıyla yanaşı sosial-siyasi problemlərə də biganə qalmayıb, mövqe bildirir və hətta mahnılarını həsr edib. Şaxtör oğlu olduğunu unutmayıb, sadə adamların, kasıbların dərdini dilə gətirən dünya çaplı müğənni daha tez eşidildiyi bilərək, ictimai borcundan yayınmayıb, belə olub və qalıb, indi də unudulmayıb.
Qarda zordur yürümək,
Anladım, gəlməyəcək...
Dünya oldu mənə dar,
Nədən yağdın, söylə, qar?
"Qar yağır" mahnısı meqastarın kart-viziti olub, daha çox bu hitlə tanınır. Mahnını rus dilində Müslüm Maqomayev də oxuyub, belə məşhur mahnını oxumaya bilməzdi.
Dünyanın 10 dan çox dilinə tərcümə olunan mahnının keçən il 50 yaşı tamam oldu. Salvatore mahnını yazanda 20 yaşı yox idi, sayılı aylar ərzində Belçikada məşhur oldu, sonra şöhrəti Fransaya, oradan da dünyaya adladı. Yaponiyada "Qar yağır" elə populyar olub ki, az qala xalq mahnısı sayılır - öməmli dərəcədə uğurlu tərcümənin hesabına. Türk dilində Nilufər gözəl oxuyub, amma mahnı sözlərinin tərcüməsini uğurlu saymıram.
Salvatore Adamonun dünya üzrə satılan disklərinin sayı 100 milyonu ötüb.
Bir başqa, siyasi mahnısı ərəb ölkələrində qadağan olunub.
Mahnının fransız və türk dillərində linklərini şərh bölümünə atıram.
Cingiz Sultansoy
TEREF: Xocanın Blogu














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.