Konkistadorların hindulara bu bitkilərin becərilməsinə qoyduğu qadağanın əsl səbəbi...
24-05-2024, 15:23
Amerikanın kəşfindən sonra ispanlar və portuqallar hinduların çiya, kinoa və pəncər (Chia, Quinoa, Amaranth) kimi bitkiləri əkib-becərməsini qadağan etmişdilər. Çünki bunlar Yeni Dünyanın qədim sakinlərinin dini ritualında istifadə olunan bitkilər idi. Loru dildə desək xristian konkistadorlar üçün bunlar batil inanclar sayılırdı. Paradoksaldır, çünki qarğıdalı dini rituallarda daha geniş istifadə olunan bitki idi. Əslində isə dini inanc bəhanə idi, səbəb bu bitkilərin verimliliyinin çox az olması və ununun çörək bişirmək üçün əlverişli olmaması idi. Məsələn, 1 kvadrat metrdə əldə olunan məhsul hər 3 bitki üçün 40-100 qram olursa, qarğıdalı üçün bu miqdar 900-1200 qram arasında dəyişir, elə bu səbəbdən də bir hindunun qarğıdalı əkməsi daha əlverişli hesab olunurdu.
Xüsusilə, son 30 ildə Amerika mənşəli bu bitkilərin toxumlarına daha çox təlabat artmışdır. Bu da məlum məsələdir, Dünya Səhiyyə Təşkilatı həddindən artıq köklüyü (obesity) artıq bir epidemiya olaraq qəbul edir. Sözügedən bitkilərin pəhriz üçün istehlakı şiddətlə tövsiyə olunur.
Xülasə, elmi dildə desək, bu hər 3 bitkidə qlüten yoxdur. Qlüten adlı protein buğda unundan hazırlanmış çörəklərin təximinən 70-80 faizini təşkil edir. Çiya, kinoa və pencərin unundan hazırlanmış xəmirin qabarmamasına səbəb də qlütenin yoxluğudur. Ümumiyyətlə qlütenin istehlak olunmasının çox ziyanı vardır. Ən əsas da uşaqların fiziki olaraq gec inkişafına yol açır. Nə qədər çörək verirsinizsə, uşağınızın bir o qədər bəstəboy olmasına səbəb olursunuz. Görəsən səbəb budurmu ki, bizim ölkənin vətandaşları hündürboy deyillər?! Zənnimcə, araşdırmağa dəyər bir mövzudur.
Shuay Abdullayev
TEREF