ANALARIN XİLASKARI

2-07-2024, 15:04           
ANALARIN XİLASKARI
İqnas Filipp Zemmelveys (Ignaz Philipp Semmelweis, 1818-1865) alman əsilli görkəmli macar həkim-akuşeridir. Məşhur professor tibbdə aseptikanın əsasını qoymuş, səhiyyədə əllərin yuyulması ilə tibbi ləvazimatların xlor suyu ilə dezinfeksiya edilməsini tətbiq etmişdir.
Tarixə dahi ginekoloq-cərrah kimi düşümüş Zemmelveysə doğum sırasında ana ölümünü 0.85%-ə endirdiyi və minlərlə qadını xilas etdiyi üçün "Anaların Xilaskarı" deyirdilər. O illərdə Avropada ana ölümü 60%-ə (!) bərabər idi.
Qəribədir ki, o dövrdəki elmi ictimaiyyət Zemmelveysin kəşflərinə qarşı çıxır, onu qısqanırdılar. O dərcədə cana gətirirlər ki, adamı əsəbləri dözmür, onu psixiatrik klinikaya atırlar. Gördüyü işkəncə və əziyyətlərdən Zemmelveys 47 yaşında həyatını itirir. Bu gün "Korona boş şeydir", "virus yoxdur" deyən qaragüruh o dövrdə də varmış, çox təəssüf…

Zemmelveysin tibbə verdiyi töhvələr əsil qiymətini ölümündən sonra alır. Məharətli cərrahın doğuş qızdırması ilə bağlı yıxdığı doqmalar tibb tarixində əhəmiyyətli yer tutur. Avropada onun adını daşıyan çox sayda klinika və tibb mərkəzi, küçə və prospektlər, xatirəsinə ucaldılmış onlarla heykəli var.
Məndən olsa Bakıdakı doğum evlərindən birinə Zemmelveysin adını verərdik. Almanlar, macarlar və avstriyalılar bundan çox məmnun olardılar. Biz də hər fürsətdə əl gigiyenasının önəmini əlimizdən gəldiyi qədər qabardardıq…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.