İSMƏT VƏ QEYRƏT...
4-07-2024, 09:41
Hörmətli dostlar, əminəm ki, Azərbaycan xalqının, millətimizin əsrlərdən bəri şərəfini və ləyaqətini əks etdirən dəyərlərə bu gün daha kəskin ehtiyac var. Kənardan gələn qüsurlu mənəviyyat millətimizdə əxlaqsızlıq və pozqunluq mühitini formalaşdırmaqdadır. Dağ kimi ata-babalarımızın saf, təmiz və düyğulu irsi günü gündən daha ciddi təhlükə ilə üzləşir. Gənclik əxlaqsızlıq həmlələrinə mətuz qalır. Təəssüf çoxsaylı telekanallar, KİV-lər maddi maraq naminə əxlaqsızlığın, mənəvi niqilizmin təbliği ilə canla-başla məşquldurlar. Dayan deyən yox. Nə edək? Əxlaqını itirmiş insanlar Vətənə, dövlətə ciddi, məhfə aparan təhlükədir.
Əminəm ki, xalqımız naminə cəmiyyətə deməyə hər birimizin sözü var. Bu Vətən və dövlət üçün etdiyimiz xidmət hər birimizə haqq verir ki, bacardığımız qədər cəmiyyətimizin mənəvi tərəqisinə öz tohfəmizi verək. Axı bu Vətəndə uşaqlarımız, nəvələrimiz, gələcəyimiz yaşayacaq.
Diqqətinizə təqdim etdiym yazı əsil Azərbaycan Qadınına aiddir... ona xas olan köklü xüsusiyyətlərə - onun İsmət və Qeyrətinə. Tək bir görüntüdə:
... Mənalı və təsirli teatr tamaşası sona çatırdı.
İnsanlar ayaq üstə aktyorları alqışlayırdılar. 4-5 cərgə qabaqda, yaşlı qadınlar xüsusi həvəslə əl çalırdılar. Hamısı lap anam kimi geyinmişdilər: enli, dirsəyə qədər qolları olan geniş rəngbarəng, güllü şıfon, kripjorjet donlar. Gözəl, həsrətli bir mənzərə idi.
Nəhayət pərdə bağlandı. İnsanlar cərgələrdən keçidə çıxırdılar. Gözüm yaşlı xanımların cərgəsində idi. Soldan birinci xanım keçidə pilləni görmədən ehmalca çıxdı çərgədən. Dərhal boşluğa düşən ayağı büdrədi. Ləvazımatını itirən xanım yıxılmaqda idi. Ətrafındakılar özlərini itirmişdi. Qadın başı aşağa yıxılırdı. Yıxılaraq, iki əli ilə donunun ətəyindən bərk yapışmışdı. Ani bir təhlükədə, başındam, bədənindən xəsarəti kənara buraxıb dizlərini örtürdü. Qadın isməti, qadın qeyrəti ona canından üstün idi... O əsil-nəsil Azərbaycan Qadını idi.
Bu səhnə gözümün qarşısından getmirdi. Kaş yaxında olaydım.
Bakı küçəsindi isə tam əks görüntü idi. Adamın gözlərini ağrıdan mənzərə üzücü idi. İfrat dərəcədə arsız geyinənlər kiminsə qızı, baçısı, həyat yoldaşı, bir məsun uşağın gənc anası idi...
Zahid Teymurov
TEREF