BİZİM ,,İT" ÜŞAĞI... ELƏ BİZİMDİ.

5-07-2024, 18:54           
BİZİM  ,,İT"  ÜŞAĞI... ELƏ BİZİMDİ.
Абузер Абилов . Bizə qarşı müharibədə pul qarşılığında qanımızı axıdan rusları söyənlərin tam yanındayam. Rus ordusunun zabit və əsgərləri düşmənimizin yanında idilər. Ola bilsin yenə olacaqlar. Amma Fedotlarda, İqor Makeevlərdə var idi bizim səngərlərdə.
Fedotenkonu yaxşı tanıyırdım. Döyüşlərlə bağlı təmasda olurduq. Mən ayıq, o poxmel. Düşünürdüm, içki onu hərəkətə gətirən mühərrikin yanacağıdı. Özümü görməməzliyə vururdum - işini bilirdi. Abuzər, ürəyinin təmizliyindən Fedotun arağını sən süzürdün.
Uşaq idim. Qonşuluqda bir rus gəlin var idi. Qoçağımız əsgərlikdən gətirmişdi. Deyirdi generalın qızıdır. Qeneral qızıda inəkləri, toyuq- cücəni elə idarə edirdi, elə bil 40 il sirkdə heyvan təlimatçısı işləyib. Biz süfrəyə oturanda nənəm məcməidə ona xörəyin ən yağlı-dadlı yerindən pay göndərirdi. Beş nəfərə bir toyuq bişmişdısə, bir qanadı, bir budu, bir parçada sinəsi Lyudanın idi. Hirslənirdik. Deyirdi, yazıqdı, qəriblikdədi. Yeməyi verəndə, arvad özü Lyudaya on dəfə "spasiba" deyirdi.
Bu Fedotunda qayğısın çəkən şox idi. Birincisidə sən. Vətənində ola-ola, elə bilirdilər, o da gəriblikdədi.
... Mehmanada ağır döyüşlər səngimirdi. Erməni-rus mövqelərimizi şumlayırdı. Baxdım arxaya. Meşədən bizə tərəf, kürəyində ,,Faqot" Fedot gəlir. Nəfəsini dərib soruşdu:
- A что тут происходит?
- Вообще-то война идет. Который год. Абулик то твой наверное в курсе?
- Пойду нырну посмотрю, - silahını belinə yekləyib getdi irəli.
Ermənilərin ,,Alinko" ratsiyası əlimə keçmişdi. Yarım saatdan sonra ruslar dığaları danlayırdı: bir PDM-ləri vurulmuşdu.
- İdarəyə daxil olanda, növbətçidən başqa heç kim gözümə dəymirdi. Həyətin ortasında, gördüm yolkanın altından Fedot qalxıb bizə tərəf yaxınlaşır. Dürdü qarşımda. Halı məlum idi.
- У тебя сигарета не найдется? - gözlərini açmadan soruşdu məndən.
Paçkanı açıb iki siqaret götürdü. Birini dodağına taxtı, birini gulağının dibinə sancdı.
- Спасибо товарищ майор, - Dönüb getdi yolkanın dibinə.
Növbətçi şokda idi.
- Abuzərə de aparsın bunu evinə. Özüdə qalsın bununla qərdləşsin.
Sabahısı gün çağırtdırdım yanıma. Əsgər dedi Fedotenko gəlib, amma içəri girmək istəmir. Yaxınlaşdım qapıya. Fedot dürmuşdu qarşımda.
- Kлянусь товарищ полковник, ничего не помню...
Düşməni vuran əli var idi. Xöşbəxt döyüşçünün çoxu, bəzən həyatda bəxtsiz olur. Vətənin çörəyi, suyu halal olsun ona. Ən ağır döyüşlərdə Volodyanı yanımda gördüm. Hətta bəzi içməyənləri görməyəndə...
Zahid Teymurov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.