Sözün həqiqi mənasında MİLLƏT ADAM!
3-10-2024, 09:46
Dostlar, hər bir millətin şərəf tarixi onun seçilmiş insanlarının həyatı, fəaliyyəti, əməlləri ilə ölçülür. Bizim tariximizdə belə şəxsiyyətlərin önündə gedəblərindən biri heç şübhəsiz ki Hacı Zeynalabdin Tağıyevdir. Onun Bakı şəhərinin tikintisi, su ilə təhcizatındakı fəaliyyətindən xəbərdarsınız. Millətimizin mariflənməsi, təhsil alması üçün yüzlərlə insanın xaricdə təhsil haqqlarını ödəməsindən, hətta min bir əzabla qızlar üçün məktəb açmasından da xəbəriniz var. Eləcə də Cümhiriyyətimizin yaranmasında, milli ordunun və milli mətbuatımızın da quruculuğundakı yeri haqqında məlumatlısız. Sözün həqiqi mənasında MİLLƏT ADAM! Lakin hələ sizin bilmədiyiniz bir tərəfi də var bu böyük şəxsiyyətin. Milli arxiv və kitabxanalarda Qarabağ atlarının keçmişini araşdırdığım vaxtlar, hər zaman içimdə bir sual yaranırdı. Qarabağ atları da milli sərvətimizdir, güc və qüdrət mənbələrimizdəndir. Rusiya işğaləndan sonra onlar da məhv olma, itmə təhlükəsi ilə üzləşmişdilər. Görəsən milli hədəflərin hər nöqtəsinə toxunmuş Hacı bu mövzudan da xəbərdar idimi, nəsə etmişdimi? İçimdən gələn bir səs deyirdi ki, olmaya bilməz. Sarsıntılar, dağıntılar, inqlablar və müharibələr içində olsa belə, o böyük İnsan bu problemi də mütləq düşünməli idi. Başqa cür ola bilməzdi axı.
Bir gün qiymətli bir sənəd tapdım. Kitab. Rus imperiyasının bütün ərazisində yerləşən 1900-1906 illərdə mövcud olmuş atcılıq təsərrufatları, baş sayları və cinsləri siyahıya alınıb, xüsusi kitab halında dərc olunub. Tam geniş və müfəssəl bir sənəd. Həyəcan içində Qafqaza, Azərbaycan torpaqlarına aid bölmələrə baxdım. XX- əsrın əvvəlində mövcud olmuş at və atcılarımıza. Səhifələrin birinin bir fraqmentini paylaşıram. 1 ayğır, 40 madyan, 14 dayçadan, həm də sırf Təmizcins Qarabağlardan ibarət bir təsərrufat. Sahibi də Hacı Züynalabdin Tağıyev!!! Millətin heç bir dərdi diqqətindən kənar qalmayıb. Nə deyəsən belə adama? Necə qiymət verəsən?…
Pasha Oguz
TEREF