Çingiz xanin fəthi və “Səlcuqlu xəstəliyi...” 2 hissə

8-10-2016, 13:28           
Çingiz xanin fəthi və “Səlcuqlu xəstəliyi...” 2 hissə
3
Bu gün Səlcuqlu-Osmanlı təəssübkeşliyi Türkiyəyə ziyan verməkdədir. Çingiz xana, Teymur xana, Şah İsma-yıla və onların simalarında türkün böyüklərinə qarşı küfr-lər etmək Türkiyədə adi hal alıb. Soyu-kökü bəlli olmaya¬nın biri qalxıb asanlıqla Əmir Teymura “məlun” deyir. Əsli-nəcabəti bilinməyən ərəbin təəssübünü çəkən adam türkün əcdadına söyür. Maraqlıdır, bu “mason cocuqları¬na” kimsə dur demir, əksinə, dəstək olurlar. Türkün türkə nifrətinin əsl hədəfi İsrail, Avropa, Rusiya, Fars olmalıy¬kən əksinə, onların əleyhinə bir informasiyanın sızmasına belə yol verməzlər.
Türkiyəyə Böyük Çingiz xanın monqolluğunu həzm etdirənlər genoloji (DNT) yollarla özlərini Çingiz xanın varisi, xələfi elan etməyə çalışmaqdadırlar. ABŞ-da Çingiz xan muzeyi yaradıblar. Biz isə hələ də söyməkdəyik. Səl¬cuqlulara Kosadağda qalib gəlibdir deyə, Çingiz xan türk ola bilməz? Yoxsa müsəlman olmaması onun türklüyünə kölgə salır?
“Bölgədə Çingiz xana ilk sədaqət andı içən haylar oldu. Beləliklə də onlar (tatarlar) Kilikiyadan Aralıq dənizinin sahillərinə çıxdılar” (Э.Д.Филлипс «Монголы» Москва 2004 стр. 83). Bu faktı ona görə yazdım ki, Arsaqlar (parflar, partlar) bölgəyə gələrkən də haylar onlara sədaqət (bu elə bir şeydir ki, hay etnosunda olmur – müəl.) andı içmiş və sonra xəyanət etmişlər. Səlcuqlulara da sədaqət andı içmiş və tatarları görüncə andı pozmuşlar. Osmanlı¬lara and içmiş və hətta sultanların ən sadiq, sədaqətli qövm kimi əzizlədiyi , geniş ərazilərə köçməyə şərait yaratdığı haylar rusları görüncə andlarını pozmuşlar.
Ümumiyyətlə, Səlcuqluların hesabına varlıqlarını hiss edən və etdirən haylar heç zaman aparıcı xalq olmamış, dövlətsiz etnoslar sırasındadırlar.
Səlcuqluların bölgəyə gəlişi yerli türklərə böyük zərbə¬lər vurub. Onların türk düşmənçiliyinin kökündə isə Orta Asiyadan, tacik (fars) tayfasından olan vəzir Nizamülmül¬kün (Abu Ali Hasan ibn Ali at Tusi-1017-1092) yaratdığı antitürk sistem dayanır. Nizamülmülk sözü (adı) ona ləqəb kimi verilmiş “dövlətin qurucusu” anlamındadır. Dövlətin əsasları və strukturunu Sultan deyil, Nizamülmülk müəy¬yən etmişdi. Qızını Məlikşaha verdikdən sonra (İbn əl Əsir) “ata” titulu almaqla öz səlahiyyətlərini daha da artır¬dı. O da saxtakar fars şairi Firdovsinin türkə nifrət ideolo¬giyasını Səlcuqlu dövlətinin ideologiyasına çevirdi. Məq¬sədi bu qarışıq toplum vasitəsilə fars dövləti yaratmaq idi. Çünki bölgədə fars din xadimlərini Toğrul bəyin ətrafına toplamışdı:“İdarəetmədə ən yaxın məsləhətçisi Nişapur şafiilərinin (sünni təriqətinin bir qolu) lideri imam Muvaf¬faq əl Bistami (fars) oldu” (С.Г.Агаджанов «Государ¬ство Сельджукидов и Средняя Азия в XI – XII вв.» Москва- 1991, стр.98). Saray dili fars dili idi. Yazışmalar da farsca aparılırdı. Bu gün Türkiyəni Türk dünyasının liderliyindən kənar saxlayan ideya, məhz Nizamülmülkə məxsusdur.
Nizamülmülk kimdir?
O, sadə bir katib (mirzə) idi. Alparslanla yaxınlığından istifadə edib vəzir Əbdülmül¬kün həbsinə və edamına nail olur. Əbdülmülk sultana ya¬zıb: “Sənə sədaqətlə xidmət etdim. Atan bu dünyanı mənə verdi, mən də hökm sürdüm. Bu gün də sən məni şəhid etməklə axirəti mənə bəxş edirsən. Bundan yüksək səadət ola bilməz.
Nizamülmülkə de: vəziri öl¬dürməklə dünyaya murdar bir bidət, çirkin bir adət gətirdin. Bunun nə ilə nəticələnəcəyini düşünmürsənmi? Sənin və öv¬ladlarının aqibətindən qor¬xuram” (Osman Turan “Sel¬cuklar tarihi ve türk-islam medeniyyeti”. Ankara 1965 səh.99).
Nizamülmülk az vaxtda hiylə ilə əl-ayağına dolaşanları saraydan uzaqlaşdırdı. On¬ların yerinə öz yaxın adamlarını yerləşdirdi. Saray artıq fars aristokratiyasına məxsus idi. Döyüşkən səlcuqların dövlətçilik təcrübəsinin olmaması Nizamülmülkə qol-qanad verirdi. Mülki işlərin farsca, dini-şəri işlərin ərəbcə aparılması türkləri idarəçilikdən tam uzaq saldı.
Xaqani Rzaquliyev
Ardı var
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.