Rəsmdə gördüyünüz xanımın adı Maria Avrora von Şpiqel olsa da, əsl adı Fatimə Qaraman-dır.

Bu gün, 12:04           
Rəsmdə gördüyünüz xanımın adı Maria Avrora von Şpiqel olsa da, əsl adı Fatimə Qaraman-dır.
1686-cı ildə Osmanlıların Macarıstandakı Buda qalası Müqəddəs Roma İmperiyası ordusu tərəfindən ələ keçirildikdə, İmperatorun qulluğunda olan İsveçli baron Aleksandr Erskin əsirlərin arasında dörd gənc qız seçir - Asiya, Ruziyə, Əminə və Fatimə. Ersikn öz komandanı qraf Filip fon Keniqsmarkla birlikdə İsveçə dönür və Fatiməni qrafın bacısı Avrora fon Keniqsmarka hədiyyə edir.
7 noyabr 1686-cı il tarixində qızların dördü də Stokholmda vəftiz edilir və yeni adlarla xristian dininə keçirlər. Mərasimdə gələcəkdə İsveçin tarixində ən yadda qalan krallardan və dahi sərkərdələrdəb biri, şahzadə Karl (gələcəkdə 12-ci Karl) da iştirak edirdi - Fatimənin, daha doğrusu, bundan sonra Maria Avroranın yeni xaç atası qismində.
Zaman içərisində Fatimə İsveç və Fransız dillərini, saray qaydalarını öyrəndi, Avrora fon Keniqsmarkın yanından ayrılmırdı. 1691-ci ildə Fatimə Polşaya gələrək orada Saksoniya kralı Avqust-a təqdim edilir və onun məşuqəsi olur. Saksoniyada ona “Maria Avrora von Kariman” deyirdilər. Bu izdivacdan, yeri gəlmişkən, 18-ci əsrin Avropa hərb tarixində önəmli rol oynamış feldmarşal Fridrix Avqust Rutovski dünyaya gəlir.
1706-cı ildə Kral Avqust məşuqəsini özünün saray məmurlarından biri olan İoqann fon Şpiqelə ərə verir və Fatimə olur Maria Avrora fon Şpiqel.
İoqann fon Şpiqel 1715-ci ildə öldükdə, Fatimə dul qalır və bir müddət ərinin Drezdendəki evində yaşayır, daha sonra Stokholma qayıdır. Saksoniya kralı ilə artıq münasibətdə olmasa da, Fatimə Qaraman və ya Maria Avrora von Şpiqel kralın 1733-cü ildə ölümündən sonra 8000 taler məbləğində təqaüd alır və ölənə kimi sarayda mühüm rol oynayır. Dəqiq ölüm tarixi məlum deyil.
İsveçdə deyir bu hekayə haqda serial çəkiblər.
Heydar Mirza
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.