8 aprel 217-ci il, Roma imperatoru Karakalla öldürülür.
14-04-2025, 15:54

193-cü ildə hakimiyyətə gələn Septimi Sever 198-ci ildə böyük oğlu Karakallanı, 209-cu ildə isə kiçik oğlu Getanı hakimiyyət şəriki etdi. Sever Britaniya adasında hərbi yürüş zamanı xəstələnərək 211-ci il fevralın 4-də öldü. Bundan sonra iki qardaş hakimiyyət şəriki oldular.
Karakalla və Geta eyni ata-ananın ödladları olsalar da bir-birilərinə nifrət edirdilər. Hər biri digərinə qarşı ehtiyat tədbiri görürdü. 211-ci il dekabrın 26-da Karakalla qardaşını anası Yuliya Domnanın yanında görüşərək barışmağı təklif etdi. Burada təhlükəsizlikdə olacağını düşünən Geta anasının gözü qarşısında öldürüldü. Bundan sonra Geta tərəfdarı olan 20 minə qədər adamı öldürdü.
213-cü ilin əvvəllərində Karakalla hərbi yürüş məqsədilə Romadan çıxdı və bir daha paytaxta qayıtmadı. O, Avropada, Aisyada, Afrikada kiçik qələbələr qazanır, ya da heç qazanmır, amma bunları Roma Senatına böyük uğurlar kimi təqdim edərək təntənəli fəxri adlar qəbul edirdi. O, özünün Makedoniyalı İsgəndərə bənzətməyə çalışrdı, halbuki bunun üçün heç bir istedadı yox idi.
Karakallanın Parfiya üzərinə hücumu da İsgəndəri təqlid etmək həvəsindən irəli gəlirdi. O əvvəlcə Parfiya şahı IV Artabana elçi göndərərək qızı ilə evlənmək istədiyini dedi. Şahın rədd cavabından sonra romalılar 216-cı ilin yayında Parfiyanın şərq ərazilərinə bir sıra yürüşlər etdilər. Qış yaxınlaşanda isə Karakalla kapmaniyanın növbəti ildə davam etdirmək üçün Edessaya (indiki Şanlıurfa) çəkildi.
217-ci il aprelin 8-də imperator romalıların e.ə. 53-cü ildə ağır məğlubiyyətə uğradıqları Karr döyüşünün baş verdiyi ərazini ziyarət etmək istərkən yolda Yustin Marsial adlı əsgər tərəfindən öldürüldü. Karakalla Marsialın senturion təyin olunmaq barədə xahişini rədd etmişdi. Pretorian qvardiyasının prefekti Makron əsgərin bu narazılığından istəfadə etmək qərarına gəldi və onu imperatoru öldürməyə təhrik etdi. Qəsd baş tutandan sonra Marsial da öldürüldü və Makron özünü imperator elan etdi. Amma onun da çpox çəkmədi. 218-ci ilin iyununda devrildi və öldürüldü.
Yadigar Sadigli
TEREF