RUSİYADA MASONLUĞUN TƏŞƏKKÜLÜ

Dünən, 10:54           
RUSİYADA MASONLUĞUN TƏŞƏKKÜLÜ
RUSİYADA masonluq XVIII əsrin I yarısından etibarən meydana gəlməyə başladı. Belə fikir var ki, Rusiyada masonluğun əsasını I PYOTR və onun yoldaşları FRANS LEFORT və PATRİK QORDON qoyub. Lakin bu versiya sənədlərlə təsdiqlənmir.
RUSİYA ərazisində ilk mason cəmiyyətlərinin yaradılması barədə təsdiqlənmiş məlumatlar 1731-ci ilə aiddir. Belə ki, bu tarixdə İngiltərə Böyük Lojasının Böyük Ustadı LORD LOVEL, kapitan CON FİLİPSİ Rusiya üçün ƏYALƏT BÖYÜK USTADI təyin etdi.
1740-cı illərdə general CEYMS KEYTİN Rusiyada xidməti dövründə masonluq daha
da inkişaf etdi, bir çox lojalar yarandı. Lakin üzvlərin əksəriyyəti Rusiyada xidmət edən qeyri-rus hərbçilər və tacirlər idi.
1750-ci illərdə SANKT-PETERBURQDA qraf VORONTSOVUN rəhbərliyi altında loja fəaliyyətə başladı. 1770-ci ildə Rusiya imperatriçası II YEKATERİNANİN qeyri-rəsmi katibi, həvəskar şair və tərcüməçi olan İVAN PERFİLİYEVİÇ YELAGİN (1725-1794), Berlində fəaliyyət göstərən “ROYAL YORK” lojasından icazə sənədi alaraq, Rusiyada ilk ƏYALƏT BÖYÜK LOJASI yaratdı və özü də BÖYÜK USTAD oldu. 1772-ci ildə isə İngiltərə Böyük Lojasından analoji icazəni alaraq, başqa bir əyalət böyük lojasını təsis etdi. Onun dövründə Rusiyada mason lojalarının sayında əhəmiyyətli artım qeydə alındı. Çox vaxt o, rus masonluğu nun qurucu atası hesab olunur.
Sevda Amanova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.