AĞ QURD və QURDLAR ailəsi

Dünən, 17:04           
AĞ QURD və QURDLAR ailəsi
Amerika alimləri 12.500 min il əvvəl nəsli kəsilmiş “Dəhşətli Qurd” növünü bərpa etməyi bacarıblar. Bu qurdlar Ağ rəngdə olurlar və “Boz Qurd” növündən 25-30% daha böyük olub 70kq-a qədər çəkiyə malikdirlər.
Niyə məhz Ağ qurd.
Ağ qurd qədimdən sehrli bir varlıq hesab olunur
Onu "Ağ Kral" adlandırdılar və onun digər qurdlar üzərindəki gücünə aid etdilər.
Qədim xalq inancına görə Ağ qurd meşənin hökmdarı, heyvanların “ağasıdır”. Ağ rəng belə bir qurdı fövqəltəbii güclərə sahib olan daha yüksək bir varlıq kimi fərqləndirir.
Ağ Qurd günəş işığının və lütfün simvoludur.
Qüdrətli Ağ Qurd həm də əzmkarlıq və davamlılıq simvolu kimi qəbul edilir.
O, ailəsinə sədaqətlə yanaşı gücün təcəssümüdür.
Qurd bütün həyatını yeganə dişisinə həsr edir və balalarının qayğısına qalır, onlara heç vaxt xəyanət etmir.
Bu gün çoxlarını təəccübləndirə bilər, amma qurd nəcib bir heyvandır, qorxmazlıq nümunəsidir.
İstənilən döyüşdə sona qədər vuruşur: ya qalib gəlir, ya da ölür, amma heç vaxt düşməndən qaçmır.
Heyvanlar aləmində qurd azadlığın, sarsılmazlığın və müstəqilliyin simvoludur.
Bu keyfiyyətlərinə görə qədim türklər onu özlərinə totem seçmişlər.
Qurd ac qalır, lakin leş yemir və buna görə də təmizlik nümunəsi hesab olunur.
10-12-ci əsrlərdə. Oğuz-qıpçaqların əsas totemi AĞ qurd olmuşdur.
Çəkisi və boyu baxımından Ağ qurd mifik pantürk qəhrəmanı, nəhəng Alp ilə müqayisə edilir.
Türk boylarının hərbi bayraqlarında qurd başı təsvir edilmişdir.
Qəbilə başçıları özlərini Qurd adlandıra bilərdilər.
Qurd və itin fərqi.....
Qurd onun azadlığına xələl gətirəcək hər bir kimsəni parçalamağa, didməyə qalxar.
Bir sözlə, qurd - azadlıq aşiqidir.
*Qurd ailəsi də bir neçə yerə bölünür.
Ağ və göy qurdlar nəsli, bunlar daima İnsanlara kömək edər, onlarıa yol göstərərlər. Qurd ailəsinin başbilənləridir. Bunlar Qurd ailəsinin seçilmişləridir. Əsla və əsla gözə görünməzlər. Yalnız Qurd ailəsi çətinlikdə olanda üzə çıxarlar.
Boz qurdlar döyüşçülərdir. Ailə qoruyalardır. Nəsil artımı onlar üzərindədir. Bütün qurd ailəsinin və törəsinin inkişafı onlarda asılıdır. Boz Qurdlar öz nəsilləri ilə nigaha girə bililər.
Qara Qurdlar müasir canavarların atalarıdır.Onlar bir qədər dağlıq yerdə yaşamağa üstünlük verirlər. Bir növ sürü psixologiyasından uzaqdılar. Leş və cəmdək yeyirlər. Qurd törəsinə az rayət edirlər.
Canavarlar Boz Qurdla Qara Qurdun yaxınlığınan əmələ gəlir. Lakin Ana südü əmdiyi üçün Qurd törəsinə elə sadiq deyil. Onlar anaları kimi leş və cəmdək yeyir, sürüyə çox sədaqətli olmurlar. Bir növ təmiz qan saylmırlar.
Qurd qorxmazlıq rəmzidir. Hər hansı bir pəncələşmə zamanı axıracan döyüşür, ya qalib gəlir, ya da ölür. Heç vaxt rəqibinin qabağından qorxub qaçmır. Qurd heyvanlar aləmində azadlıq, müstəqillik rəmzidir. Bu müsbət keyfiyyətlərinə görə lap qədimlərdən türk xalqlarının toteminə çevrilmişdir. Qurd ac qalsa da, cəmdək yemir. Ona görə də təmizlik rəmzi sayılır.
Ən qədim türklər üçün Aslan və Qurd Günəşi təmsil edirmişlər....Qurdlar heç bir halda qorxu hissi keçirmir. Rəqibinə hücum edərkən ilk olaraq onun gözlərinə baxır, bununla rəqibinin gücünü və qorxub-qorxmadığını müəyyən edir.
Qurd üçün soy və qan təmizliyi çox önəmlidir, yurduna, ailəsinə və soyundan olanlara çox bağlıdır. Ailəsinə və yurduna təcavüz olarkən qurdun qəzəbi qarşısında heç bir canlı duruş gətirə bilmir.
Hətta, intiqam hissi ilə irəliləyən qurddan aslanlar belə ehtiyat edir, yoldan çəkilir.Qurd düşməninə gözlənilmədən və arxadan saldırmaz. Üzbəüz, gözbəgöz dayanar, saldıracağını öncədən bəlli edər.
Əyər qurd ona saldıran çox sayda yırtıcının əhatəsində çıxılmaz durumda qalarsa, əsir olmamaq üçün sinəsini parçalayıb özünü öldürər., Qurd haqqında eyni rəvayət həm türklərdə, həm almanlarda, həm də italyanlarda mövcuddur. Yaхud hun sərkərdəsi Atilla haqqında əfsanələrə bir çoх хalqların nağıllarında rast gəlmək olar. Qəribədir ki, həmin хalqlar həm Qurdu, həm də Atillanı özününkü hesab edirlər. ..
Dr.Zaur Əliyev
ЕУКУА












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.