Nadir şahın ÇİN yürüşü

Bu gün, 12:04           
Nadir şahın ÇİN yürüşü
Böyük Əşfar dövlətinin qurucusu Nadir şah Azərbaycan tarixinin şərəfli ismlərindədir.
Azərbaycanda yeganə ŞAH-dan biri Nadir Şah idi ki, "Hər şеy vətən üçün", "Hər şеy Аzərbаycаn üçün" kəlаmlаrını çоx işlədərmiş və 6 milyon kv.km ərazisi olan bir dövlətə başçılıq edib!
Bu gün bəzi şəxslər mənə yazıb sual verirlər ki, Şərqin böyük hissəsinin fatehi olan Nadir şah niyə Çinə yürüş etməyib.
Nadir şahın Çinə qarşı yürüşü haqqında tarixi mənbələrdə konkret bir məlumat yoxdur. Lakin, Nadir şahın Mərkəzi Asiya yürüşləri zamanı bəzi özbək şəhərlərini fəth etdikdən sonra Çinə hücum etmək və türk-uyğur tayfalarını öz hakimiyyəti altına almaq niyyətində olduğu qeyd olunur
Bu barədə Əfşar İmperiyasının rəsmisi və tarixçisi Məhəmməd Kazım Mərvi özünün "Ta'rix-i'aləmara-yi Nadiri" kitabında yazmışdır.
Yürüşə başlamasını onunla əsaslandırır ki, Şah Mərvdə yerləşən qalabəyiyə əvvəlcədən əmr vermis idi - Çinə qarşı yürüş üçün top və ləvazimat hazırlamaq.
1746-cı il fevralın və ya martın əvvəlində Məşhədə yola düşərkən Həsənabad kəndində dayanaraq Xorasan şəhər və rayonlarının hakimlərini yanına çağırdı. Məhəmməd Kazım Mərvi o zamanlar bu işə cavabdeh idi, bununla yanaşı topçulara və silah anbarlarına nəzarət edirdi. O, köhnə-yeni hesabları götürüb Mərvdən topçu dəstələrinin rəisi və məmurları ilə birlikdə Həsənabadda şahın yanına getdi.
Nadir şah Əfşar Xorasanın müxtəlif yerlərindən olan məsul məmurların bəzi hesabatlarına nəzər salır və onları şiddətlə cəzalandırır, sonra Məşhədə gedib eyni işi görür və hər vilayətdə yeni hakimlər və məmurlar seçir. Bu zaman o, Məhəmməd Kazımın hesabını tələb edir. Məhəmməd Kazımın nəql etdiyi kimi, hətta hesabı 10 tümən olan məmurlar da şah tərəfindən cəzalandırılırdı və onun bu dəfəki hesabı 500.000 tümən idi. Amma Məhəmməd Kazımın bəxti gətirdi, Şah onun hesabına mehriban davrandı. Sonra Nadir şah ona Mərvdə top dəstələrini yaxşı hazırlamağı əmr etdi, çünki şah İraqdan qayıdandan sonra Türküstana gedəcəkdi.
İngilis alimi Lourens Lokhart “Nadir şah” monoqrafiyasında yazır ki, Nadir şah İsfahana yollanarkən yolda Xitay və Xotan elçilərini hədiyyələrlə qarşılayır. Kembric Universitetinin hazırladığı "İran Kembric tarixi. 7-ci cild - Nadir şahdan İslam Respublikasına" kitabında Çinin Nadir şahın hakimiyyətinə təşvişlə baxması ilə bağlı tacirlərdən aldığı Məhəmməd Kazımın mesajlarını çatdırır.
Nadir şahın Çinə (Qing sülaləsinə) qarşı yürüşü əsasən 1740-cı illərin əvvəllərində baş vermişdir. Bu yürüşün bir hissəsi Kaşğara (indiki Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşir) da olmuşdur. Nadir şahın Mərkəzi Asiya yürüşləri zamanı, o, Buxara və Xivə xanlıqlarını özünə tabe etdikdən sonra, Çinə doğru irəliləmişdir. Bu yürüşdə Kaşqar ərazisinə daxil olmuş və bir sıra döyüşlər aparmışdır.
Yürüş zamanı Nadir şah, Çin imperatoru ilə danışıqlar aparmış və bəzi ərazilər onun nəzarətinə keçmişdir
O dövrdə Şərqi Türküstan cunqarların himayəsində idi və Nadir şah türk-müsəlman əhalisinin xilaskarı kimi ora gedə bilərdi, çünki ondan əvvəl onun siyasətində türk kimliyini önə çəkdiyi aydın görünür. Mərvdə Nadir şah Çinə qarşı yürüşə hazırlaşmaq əmri verəndə ondan bir neçə ay əvvəl Cunqar dövləti ilə Çin arasında müharibə başladı. Yəni, Nadir şahın Çinə qarşı yürüş üçün seçdiyi vaxt ən uğurlu vaxt olsa da, 1747-ci ilin yayında Xorasanda sərkərdələri tərəfindən xaincəsinə öldürüldü. Və təəssüf ki, Çinə qarşı kampaniya baş tutmadı.
Nadir şahın Çinə qarşı yürüşü, onun Mərkəzi Asiyadakı hakimiyyətini möhkəmləndirmək və bölgədəki nüfuzunu artırmaq məqsədi daşıyırd
Prof.Dr.Zaur Aliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.