Sarı Türklərin-Hunların Turan/Turfan şöllərində Azadlıq mücadiləsi - Osman Bahadur İslam oğlu...
Bu gün, 09:04

Asiya qitəsinin mərkəzi hissəsində-Qobu/Qobi səhrası, Turan/Turfan düzü, qədim Hun/Hunqari dağlıq qurşağının...kökənli Sarı Türklərin Şərqi Türküstan dəngəsi-Uyğur xalqının və soykökü olan Çöl Türklərinin-Qazax xalqının rus işğalçılarına və çin müstəmləkəçilərinə qarşı (birləşmiş Stalin-Mao cütlüyü qüvvələri timsalında) Xalq mübarizəsi, milli-azadlıq hərəkatı XIX əsrin sonu və XX əsrin I yarısında xüsusilə geniş vüsət almış və “Şərqi Türküstan Respublikası”nın yaradılması ideyasına köklənmişdir. Ümumilikdə Altay bölgəsinədək böyük bir Türküstan diyarını tutan bu müqavimət cəbhəsinin öndərlərindən biri də Osman Bahadur İslam oğlu (1899-1951) olmuşdur...
Çöl Türkləri/Qazaxların Səhra Türkləri/Uyğurlarla birlikdə Şərqi Türküstan diyarında rus və çin işğalçılarına yönəlik milli-azadlıq mübarizəsi/xalq hərəkatı II Dünya müharibəsi dövründə siyasi-hərbi və milli-iqtisadi əhəmiyyət kəsb etdiyindən qüvvələrin birləşdirilməsi, vahid cəbhə xəttinin və müstəqil dövlətin yaradılması məqsədi xüsusilə səciyyəvi olmuşdur. SSRİ və Çin rəhbərliyinin Qırmızı Ordu hissələri Türk xalqlarının mübarizəsinə qarşı amansız siyasi birlik/hərbi müqavimət göstərdikləri üçün milli-azadlıq qüvvələri səfərbər olmaqlda və dayanıqlı mübarizə göstərməklə qələbə qazanmaqda məhrumiyyətlərə, kütləvi soyqırım qətliamlarına, edam hökmlərinin icrasına... düçar olsalar da, tarixdə Türk Xalqlarının Azadlığı səhifəsinin Şanlı sətirlərini yaza bilmişlər-Sarı/Səhra Türklərinin Vətənində/Şərqi Türküstanda-Altay dağlıq bölgəsini əhatə etməklə...
Haşiyə. Altay diyarının Koktaqay nahiyəsi, Onduqara qışlağında Qazax soyunun Orta Cüz qoluna mənsub ailədə doğulmuş Osman bəy “Bahadur” ləğəbini gənc yaşlarında təkbaşına bir döyüşdə çin işğalçılarının 8 əsgərini və 1 zabitini öldürməklə almışdır. 1940-cı ildə bu nahiyədə kükrəyən Milli-Azadlıq hərakatında iştirak etmiş, Şimali Uyğurstanını Çingil nahiyəsində İstiqlal nişanəsi kimi Qazax xanı Əbülmənsur Abulay sultanın (1711-1781) Milli Qəhrəmanlıq əmanəti olaraq verdiyi nazik ağ ipək parçadan tikilmiş Bayrağı-dönməz mübarizə rəmzi kimi qaldırmışdır...
Uzun illər ərzində Türküstan diyarının təbii ehtiyatlarını istismar edən (bölgənin uran sərvətini mənimsəmiş, ərazidə hərbi-nüvə sınaqlarını keçirmiş..) Sovet hökuməti II Dünya müharibəsinin Şərq cəbhəsində özünə güclü və etibarlı hərbi qüvvəyə nail olmaq üçün (1944-cü ildə Moğol ərazisində Osman Bahadur bir neçə min nəfər Qazax/Uyğur nizami süvari qüvvələrini formalaşdırmışdır), Yaponiya tərəfindən gözlənilən təhlükəyə müqvimət cəbhəsi kimi ilk növbədə Şərqi Türküstan diyarında yaranan Milli-Azadlıq hərakatından istifadə etmiş (gələcəkdə bu hərakatın Aydınları və Mücahidlərinin repessiya edilməsi nəzərə alınmaqla), 1943-cü ildə Moğol marşalı X.Çoybalsan (1895-1952) vasitəsi ilə onlara 1000 tüfəng, 20 puleymot, 2 hərbi təyyarə və digər hərbi sursat verilmişdir, onların dövlət quruculuğuna (12 noyabr 1944-cü ildə Ə.Ş.Törə (1885-1976) “Şərqi Türküstan Respublikası”nın-paytaxtı Qulca şəhəri- prezidenti olmaqla milli hökumət yaranmışdır) mane olmamışdır. Bu dövrdə İli, Tarbaqatay və Altay dairəsi (Cənubi Altay diyarı) Çin işğalçı qüvvələrindən azad edilmişdir.
Lakin, 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiya imperiyası məğlub olduqdan sonra SSRİ-nin Şərqi Türküstan Respublikasına-Uyğurstan dövlətinə münasibəti dəyişmiş (SSRİ kəşfiyyatı 22 iyul 1946-cı ildə Ə.Ş.Törəni oğurlayaraq Daşkənd şəhərində həyatının sonunadək ev dustağı etmişdir) və Osman Bahadurun qətlinə fərman verilmişdir (İ.Stalin 1947-ci il fevral ayında Siyasi Büronun bu barədə qərarını imzalamışdır).
Haşiyə. 1940-cı illərin II yarısında SSRİ atom bombasının istehsalına xüsusi diqqət yetirdiyi üçün uran yataqlarının istismarı gücləndirilmiş, Şərqi Türküstan-Uyğurstan yataqları kütləvi şəkildə daşınaraq aparılmış, Qazaxıstanın şərq əraziləri-Yeddi Qala şəhəri (ruslar “Semipalatinski” adlandırmışdır), İrtış çayının yuxarı hövzəsi... sınaq meydançasına çevrilmişdir.
Osman Bahadurun Milli-Azadlıq mübarizəsi həm də rus və çin siyasi-hərbi dairələrinin Türk dünyasına və xalqına qarşı uzun müddətli əsl işğalçılıq məqsədlərini açıb göstərmiş, bolşevik/kommunist hakimiyyətinin Mərkəzi Asiyada yerli, kökənli Türk-İslam xalqlarına qarşı soyqırım siyasətinin mahiyyətini üzə çıxarmışdır. Nəticədə, 1949-cu ildə inqilab qələbəsindən sonra Çin ordusu Şərqi Türküstan Respublikasını işğal etmiş və Urumçi şəhərinə daxil olmuşlar. Lakin, Osman bəy onlara qarşı (3 və 6 səhra ordu qüvvələrinə) müqavimətini davam etdirmişdir.
1950-ci ilin fevral ayının 19-da Qansu bölgəsinin (ərazidən “Böyük İpək Yolu”nun 1600 km-lik hissəsi keçir) Kanambal dağında Makay qışlağında Osman bəy əsir götürüldükdən sonra Urumçi şəhərinə gətirilir, 29 aprel 1951-ci ildə şəhərin mərkəzi meydanında edam edilir...
-Mən ölə bilərəm, amma Dünya durduqca Xalqımın mübarizəsi davam edəcəkdir!- vəsiyyətini xitab/əmanət/vəsiyyət edən Osman bəyin Müqəddəs nəşi yalnız 1953-cü il yanvar ayının 12-də Cənubi Altay (Uyğurstan) diyarında Ağdağ kəndi yaxınlığında, 15 km aralıdakı Abay dərəsində dəfn edilmişdir.
Osman bəylə 1947-ci ilin fevral ayında Bayqaşan şəhəri yaxınlığında (Altay diyarı) görüşən ABŞ-nın vitse-konsulu (SSRİ-nin bu diyarda həyata keçirdiyi atom-nüvə tədqiqatları və sınaqları barədə məlumat toplayan MKİ-nin əməkdaşı) D.Makkirnan (1913-1950) ölkəsinə geri qayıdarkən (onunla birlikdə alim-tədqiqatçı F.Bessak (1922-2010) da olmuşdur) Tibet sərhədçiləri tərəfindən öldürülmüşdür-29 aprel 1950-ci ildə. Onunla birlikdə olmuş “ağ qvardiyaçı”, mehtər V.Zvantsov (1923-2012) sonralar yazmışdır ki, buz yol boyu Qazax-Uyğur köçərilərinin donmuş meyidləri ilə qarşılaşırdıq, yollar, vadilər-dərələr, çay yatağları... dolu idi, hətta donmuş at-dəvə leşləri üst-üstə qalaqlanmışdı...
Səhralarda isə hava quru, isti olduğu üçün çoxusu olduğu kimi qalmışdı. Bunlar 13-15 il müqavimət göstərən və rus təyyarəçilərinin açdıqları atəşlə qətlə yetirilən Qazaxlar-Uyğurlar idi, əsil soyqırım faciələrinin qurbanları...
Çöl diyarı, Şərqi Türküstan və Cənubi Altay dağlıq hövzəsində Qazax-Uyğur xalqlarının rus və çin işğalçılarına qarşı milli-azadlıq mübarizəsi, eləcə də, Osman Bahadur haqqında geniş tədqiqatı, tarixi-sənədli məlumatların toplanılması, təhlili, nəşri...sahəsində görkəmli yazıçı, ədəbiyyat tənqidçisi Jadi Şakin oğlu (1967) bir sıra kitabları ilə (“Osman Bahadur...” toplusu, Alma-Ata ş., 2007; “Osman Bahadur ... Türküstan məsələləri”, 2019...) uğurlu fəaliyyət göstərmişdir.
Qazax musiqiçisi Burki Bəy “Oy, Ayişə” (Ayişə xatun Osman bəyin Anası olub) mahnısını bu böyük Azadlıq mücahidinə ithaf etmişdir.
R.S. Türk-Moğol əsilli general Batır Majik Osman Bahadur ilə Moğol dövlətinin rəhbəri X.Çaybolsanla görüşü barədə “Vətən üçün döyünən ürək” adlı kitab (moğol dilində) yazmışdır. Moğol kökənli Qazaxlar onu Qazax dilinə çevirmişlər. Nur Qoca Bahadurun xatirələri də bu kitabda yer alan tarixi hadisələrlə üst-üstə düşür..
R.S.S. 1956-cı ildə ingilis jurnalisti Artur Qodfri Liasın (1887-1964) işıq üzü görən “Qazax qaçqınları” kitabında yazmışdır:
- Osman Bahadur V-VI əsr əvvəl doğulsaydı Monke (1911-2000, alman rərbçisi, general-mayor-Q.Y.), Çingiz xan və Əmir Teymur kimi məşhur sərkərdə ola bilərdi...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
TEREF