Tonq Yabqu Xaqan, Şimalın Ağası, Tenqrinin böyük hörmət bəslədiyi Qərbi Göytürk vilayətinin? (dövlətinin) xaqanı

Bu gün, 16:40           
Tonq Yabqu Xaqan, Şimalın Ağası, Tenqrinin böyük hörmət bəslədiyi Qərbi Göytürk vilayətinin? (dövlətinin) xaqanı
Azərbaycan tarixində adı az hallanan böyük hökmdarlardan biri Tonq Yabqu Qərbi Göytürklərin beşinci xaqanı idi və onun dövrü xaqanlığının ən güclü dövrü sayılır. Qeyd edim ki, Tonq- “hücum edən, cəsur” mənasını verir. Elmi ədəbiyyatda “Cəsur -qurdlar” kimi də izah edilir. Bununla bərabər biz sözün “düz dayanan”, “məğrur” mənalarında əski türk sözləri kimi işləndiyini də görürük.
Məlumata görə, cəsur taktika ustası olan və xüsusilə döyüş sənətində əvəzolunmaz ola Tonq Yabqu xaqan əvvəlcə şimal bölgələrində yaşayan bütün Toles tayfalarını tabe etmək üçün hərəkətə keçdi. Sasanilərin güclü rəqibi olan Xaqan Fərqanə, Daşkənd, Buxara, Səmərqənd, Kaşqar, Kuca, Hötən, Turfan, Aksu kimi şəhərlərə nəzarət edirdi.
Qərbdə yaşayan bütün şadlar və yabqular bölgələrini Türklər adına idarə etməyə başladı.(BAX: Ahmet Taşağli.Kök Tengrl'nln çocukları. 2013,364s)
Üçüncü sasani-türk müharibəsi zamanı Tonq Yabqu xaqan özünü Albaniya hakimi elan etmişdi. Tonq Yabqu xaqanın hakimiyyəti illərində Qərbi Göytürk Xaqanlığı Çində baş verən daxili münaqişələr nəticəsində müstəqil siyasət yürütməyə başlamışdı.
Tonq Yabqu xaqan Tan sülaləsindən olan şahzadə ilə evlənmişdi. O, Sasanilərə qarşı Bizansla müttəfiq olmuşdu. Müttəfiq qüvvələrinin hücumları nəticəsində Sasanilər üzərində mühüm qələbələr əldə olunmuşdu. Xəzər xaqanlığının yaranmasında Tonq Yabqu xaqanın rolu olmuşdu.
Onun hakimiyyəti illərində Qafqazın şadı, yabqusu və tudunu olan Böri Şad Tonq Yabqu xaqan öldükdən sonra, müstəqil siyasət yeritməyə başladı və Xəzər Xaqanlığının əsasını qoydu.
Məlumdur ki, İslam dini yaranandan sonra Peyğəmbər (s) dinin yayılması üçün ətraf ölkələrə məktublar göndərirdi. Peyğəmbərin (s) sağlığında Ərəb yarımadasında yerləşən bəzi qəbilə başçılarına, Həbəşistan başçısına, Misir hökmdarına, Bizansın o vaxtkı imperatoru Herakleosa və Sasani hökmdarına da məktub və elçilər göndərdiyi məlumdur.(BAX: Göde, Kemal, Hz. Peygamber Devrinde Göktürkler ve Türk Kültürü, III. Kutlu doğum sempozyumu: tebliğler 295 s., 2000)
Tarixçilərin ciddi cəhdlə gizlətdiyi bir məqam da var. Peyğəmbərin (s) Qərbi Göytürklərin başında Çəkinin kiçik nəvəsi Tong Yabgu Xaqana da məktubu olub:
Hazırda Vatikanda saxlanılan məktubda yazılır: “Ənənəvi Türk dini içərisində yer alan məhəbbətin Allah inancı, ölümün Tanrının əlində olduğu inancı, bu dünya həyatının yanında başqa həyata inanma, cənnət-cəhənnəm, tale, qurban, dua, yoğ aşı kimi dini mərasimlər Allahın göndərdiyi İslamda vardır. Sizləri bu dinə dəvət edirəm, İslamın gözəlliklərini hiss etməyinizə inanıram”.(BAX: Hilmi, Aydın. The Sacred Trusts. Somerset, New Jersey: The Light, Inc. 200,4352 pages)
Bu məktubun Qərb Göy Türklərinin (bunlar Xəzər dənizin qərb tərəfində, Azərbaycan ərazisində yaşayan türklər olduğu onun saxlandığı kataloqda qeyd edilir.
Üçüncü Sasani- Türk müharibəsi zamanı Tonq Yabqun Sasani hökmdarı Xosrova məktub göndərib yazırdı:
"Mən Tonq Yabqu Xaqan, Şimalın Ağası, Tenqrinin böyük hörmət bəslədiyi Qərbi Göytürk vilayətinin xaqanıyam. Türklərə qarşı çıxmaq Tenqriyə qarşı çıxmaqdır, türklərə qarşı çıxmaq heç kimin haqqı deyil." (BAX: Çin Kaynaklarında Türkler Eski T'ang Tarihi (Chiu T'ang-shu), 2005, 517s)
Prof.Dr.Zaur Aliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.