BƏƏ Rusiyadan sonra Ermənistanın ikinci xarici ticarət tərəfdaşıdır...

Bu gün, 10:23           
BƏƏ Rusiyadan sonra Ermənistanın ikinci xarici ticarət tərəfdaşıdır...
Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan arasında danışıqlar zamanı bəzi sosial mediada ərəblər, xüsusilə Birləşmiş Ərəb Əmirliklərini tərifləyən statuslar gördüm
Qeyd edim ki, 2019-cu ilin aprelində Əbu-Dabi Əmirliyi qondarma erməni soyqırımını tanıyan ilk əmirlik oldu. 2020-ci il Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanının Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Azərbaycana qarşı Ermənistanı gizli şəkildə dəstəkləməsi də bəlli faktdır. Heç də təsadüfi deyil ki, Səudiyyə Ərəbistanının “Al Arabiya” kanalı Ermənistan prezidenti Armen Sarkisyanın Türkiyə və Azərbaycanı qınayan xüsusi çıxışına şərait yaratdı və beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın II Qarabağ müharibəsində sinxron hərəkətlərinin qarşısını almağa çağırdı.
44 günlük müharibə dövründə Ermənistan Prezidenti Armen Sarkisyan iki dəfə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Yardım və dəstək alıb.
BƏƏ mediasında Ermənistanla Səudiyyə Ərəbistanın ortaq düşmənlərinin Türkiyə olduğu, iki ölkənin Osmanlı imperiyasından böyük zərər görməsi haqqında yazılar dərc edilir.
Təkcə 2023-24cü illərdə il Ermənistana ən çox yatırım göstərən ölkə Birləşmiş Ərəb Əmirlikləri olub.
BƏƏ Rusiyadan sonra Ermənistanın ikinci xarici ticarət tərəfdaşıdır. Belə ki, birinci yerdə Rusiyadır, ikinci yerdə BƏƏ, üçüncü yerdə Çin, Gürcüstan və ABŞ-dır.Ermənistanın Rusiyadan emal olunmamış brilyantı, qızılı idxal edərək, onlardan hazırlanan zinət əşyalarının BƏƏ-yə ixracını, həmçinin ərəb dövlətinin azad iqtisadi zonalarından avtomobil idxalını artırması hesabına sürətlənib.
Bu bir daha göstərir ki, Əbu Dabidə görüşü BƏƏ ona görə təşkil edib ki, Ermənistanın bir zənciri də ərəblərin əlindədir. Azərbaycan isə o qədər güclü dövlətdir ki, düşmənin dostunun evində belə öz sözünü deyə bilir..
İndi tərif etdiyiniz ərəb ölkəsini gördünüz ? Qardaş Türkiyəyə qarşı ermənilərlə qardaşlıq edir. Azərbaycan Prezidentinin duruş və yerişi orda göstərir ki, harda olmasından baxmayaraq haqlı olan tərəf hər zaman diktə edən tərəfdir.
Prof.Dr.Zaur Aliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.