Xristianlığı qəbul edən, 350 illik bəy titulu tarixi olan Ağstafalı bəstəkar-şair Onegin Yusif oğlu Hacıqasimov.

Bu gün, 08:14           
Xristianlığı qəbul edən,  350 illik  bəy titulu tarixi olan Ağstafalı bəstəkar-şair Onegin Yusif oğlu Hacıqasimov.
Azərbaycanda bu ad vaxtilə o qədər məhşur idi. Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata", Kobzon, Puqaçova, Sençin, Martınov və SSRİ-nin digər məhşur müğənilləri onunla mütamadi görüşüb mahnı bəstələnməsini, sözlər yazılmasını xahiş edirdilər.
Yazdığı mahnı sözləri sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilib. Həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur. “İyirmialtılar”, “Abşeron ritmləri”, “Ulduzlar sönmür”, “Mən mahnı qoşuram” və digər Azərbaycan filmlərinin subtitirində mahnı mətni müəllifi kimi onun adı yazılır. 1970-ci ildə Onun müəllifi olduğu mahnılardan ibarət albom satışa çıxıb və rekord sayda 15 milyon ədəd val satılır. 15 milyon 730 min tirajla çıxan bu plastinka iki günün içində satılır və onun rekorduna çatan müğənni olmayıb keçmiş sovetlərdə.
Onegin Yusif oğlu Hacıqasımov 1937-ci ildə Bakıda qatı dindar ailəsində anadan olub. Anası Mahtaban xanım rus ədəbiyyatı vurğunu olduğu üçün Puşkinin ölümünün 100-cü ilində dünyaya gələn oğluna dahi rus şairinin qəhrəmanı Yevgeni Oneginin şərəfinə Onegin adını verir.
Qeyd edim ki, onun nəsli Ağstafa rayonun Poylu kəndindədir və XVIII əsrin burada kameral təsvirdə bəy/ağa titulu ilə qeydiyyatda olan Hacı Qasım ağadan başlanır. Hacı Qasım regionda tanınan bəy idi və onun nəsli Vəkilovlar, Şıxlinskilər, Kərbəlayevlər, İsgəndərbəyov ilə qohumluq edirdilər. Qaçaq Kərəm və İsrafil ağa ilə qan bağlığı olub.
Qazax nahiyəsinin 1860-cı ilə aid Kameral təsvirində Poylukəndində mülkədar torpaqlarında yaşayan 117 dövlət kəndlisi ilə yanaşı, Knyaz Toma Andronikovun 15 mülkədar kəndlisi də qeydə alınmışdır.
Poylu yolunun üzərində olan köhnə kənd qəbiristanlığında Hacıqasım ovlara aid ailə məzarlığı da var.
Qazax-Borçalı üzrə qeydiyyatda olan əslən ağa/bəy, Rusiya imperiyası dövründə dvoryan sayılan 57 ailədən biri də Hacıqasımovlar sayılır. Məlumat üçün bildirim ki, bu nəsldən olanlar içərisində XX əsrin əvvəllərində respublikada akuşer-ginekologiya üzrə 6 mütəxəssis olmuşdur. Onlardan yalnız biri azərbaycanlı olmuşdur. Bu, Mustafa Hacıqasımov idi. M. Hacıqasımov yüksək ixtisaslı mütəxəssis, Azərbaycanda akuşer-ginekoloji xidmətin təşkilatçılarından biridir.
Soyad məhz onun adından başlanır. Oneginin atası Yusif bəy Hacıqasımov Moskva İmperator Universitetinin hüquq fakültəsini bitirmişdir. Yusif bəy Şamaxı əsilzadələrindən Mahtaban xanımla evli idi. Bu evlilikdən Onegin və Nizami adlı iki övladları dünyaya gəlib. Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib anası. Atası isə orqanlardan ayrılıb və Azərbaycan Dövlət Universitetində latın dilindən dərs deyib.
1985-ci ildə pravoslavlığı qəbul edib və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını qəbul edib. Onegin xaç suyundan keçir. O yalnız dini yolu seçmir, həmçinin asketizm yolunu tutur. Kaluqa vilayətində yerləşən "Optina pustın" monastırına daxil olur və tərki-dünya həyatı yaşamağa başlayır.
Onegin Hacıqasımov 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbiristanlığında dəfn olunub.
Prof.Dr. Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru