"Cəmiyyətə faydalı övladların yetişməsi üçün ailə üzvlərinin təhsilli olmağı önəmlidir. "

Bu gün, 11:04           
"Cəmiyyətə faydalı övladların yetişməsi üçün ailə üzvlərinin təhsilli olmağı önəmlidir. "
Dünyada iki güc vardır; biri qılınc, digəri qələm. İkisindən daha qüvvətli olan, üçüncü güc isə qadınların gücüdür!
İlk dəfə kitabxana görəndə 12 yaşında idi.
O, Amerikanın cənubunda bir Ağ evdə paltaryuyan işləyən bir Qara qadının qızı idi.
Meri MakLeod 1875-ci ildə Cənubi Karolinada keçmiş kölələr Sam və Patsi Makleodun ailəsində dünyaya gəlib. Ailənin 17 uşağından 15-si bu idi..
O kitabxanaya daxil olanda maraqdan ayağa qalxdı və bir kitab götürdü. Bu zaman sanki ətrafda səslər ona pıçıldamağa başladı:
"Meri axı sən qarasan. Qaralar oxuya bilmir."
O əlləri ilə qulaqlarını tutdu və bu səslər onu dayandırmadı. Onun yoluna işıq saldı və başa düşdü ki, ona ən böyük maneə dərisinin rəngi deyil, cəhalətdir.
Məktəbə getmək üçün gündə 10 mil piyada gedirdi. Oxumağı öyrəndi. Və sonra ailəsinə öyrətdi. Sonra qonşulara, sonra isə ətrafda olan fermerlərə
Qapı-qapı gəzdi. Sanki müəllimlik onun qara dərili insanlara qarşı olan rasizmə müqavimət yolu idi.
Ən yaxşı tələbə seçildi
Sonra ən yaxşı Müəllim oldu.
Sonra bir məktəb qurdu.
O, hər kəs tərəfindən unudulmuş yerlərdə də dərs deyirdi.
O, savadlı insanlar hazırlayıb onların həyatlarını dəyişdi.
O, sadəcə öyrətmirdi. O, maarifləndirmə aparırdı
O, insanlara öz səslərini, tarixlərini, ləyaqətlərini geri qaytarmağa kömək etdi.
Onun 5000-dən çox insana oxumağı öyrətdiyi təxmin edilir.
Lakin onun əsl irsi hesablamazdır. Onun öyrətdiyi hər söz cəhalət üzərində qələbə idi.
O hərflərdən pillələr düzəldib insanları onun üzərindən keçirərək zirvələrə apardı
O, təhsilin irqi tərəqqinin açarı olduğuna inanırdı. Bu məqsədlə 1904-cü ildə Florida ştatının Dayton şəhərində Zənci Qızlar üçün Dayton Normal və Sənaye İnstitutunu qurdu.
Yalnız beş şagirdlə başladı və növbəti bir neçə il ərzində məktəbi 250-dən çox şagirdə qapı açdı
1936-cı ildə prezident Franklin Delano Ruzvelt onu qaradərililərlə iş üzrə məsləhətçi təyin etdi.
O deyirdi : "Cəmiyyətə faydalı övladların yetişməsi üçün ailə üzvlərinin təhsilli olmağı önəmlidir. Uşaq tərbiyəsində ana böyük rol oynadığı üçün qadınların təhsil alması kişilərdən daha vacibdir"
Bu işıqlı qadın, maarifçi, müəllim və ən əsası cəhalətə qalib gələn şəxsiyyət 18 may 1955-ci ildə Florida ştatının Dayton şəhərində vəfat edib.
Prof.Dr. Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru