Platon təsəvvür edir ki, insanlar doğulduqlarından bəri qaranlıq bir mağarada yaşayırlar. Onlar yalnız arxalarındakı bir alovun divara saldığı kölgələri görürlər və bu kölgələri gerçək dünya hesab edirlər. Bu kölgələr — duyğularla qavradığımız, lakin həqiqətin özü olmayan şeyləri təmsil edir. Bir gün bu insanlardan biri azad olur, mağaradan çıxır və ilk dəfə gerçək obyektləri, günəşi və həqiqi dünyanı görür. Başlanğıcda bu ona ağrılı gəlir, amma zamanla gözləri işığa alışır və o, həqiqətin nə olduğunu anlamağa başlayır. Lakin bu insan geri dönüb mağaradakı digər insanlara gerçəyi izah etməyə çalışdıqda, onlar ona inanmırlar, onu dəlisov, təhlükəli, hətta gülünc hesab edirlər. Onlar üçün gerçək olan — hələ də yalnız divardakı kölgələrdir. Aslan Qemberov TEREF