Deyirlər İslam elm, incəsənət və mərifət dinidir… Amma tarix bu barədə nə deyir?

Bu gün, 12:04           
Deyirlər İslam elm, incəsənət və mərifət dinidir…
Bağdad – Beytül-Hikmə
Bir vaxtlar dünyanın elmi beyni idi. Fəlsəfə, təbabət, astronomiya burada çiçəklənirdi. Sonra nə oldu? Əl-Qəzzali meydana çıxdı, “fəlsəfə küfrdür” dedi. Kitablar yandırıldı, alimlər ya susturuldu, ya da din düşməni elan olundu. İslam dünyası məchul bir qaranlığa gömüldü.
İbn Sina, İbn Rüşd, Əl-Razi – Elmə can verən insanlar, amma İslam alimlərinin gözündə kafir oldular. Əsərləri qadağan edildi, adları lənətləndi.
Sənət?
Rəsm, heykəl – “haramdır!” deyib min illik bədii irsi məhv etdilər. Buddanın Bamiyandakı heykəlləri? Partladıldı. UNESCO siyahisinda olan bir əsər vandalcasina dağıdıldı. İraqdaki muzeydə olan antik dövrün şah əsərləri? Söküldü. Tar mar edildi
İsgəndəriyyə kitabxanası, Zərdüşt məbədləri, hind məbədləri – İslamın yayılması adıyla minlərlə kitab və mədəniyyət nümunəsi külə döndü.
Hindistanda neçə min il yaşı olan məbədi söküb daşları ilə məscid tikdilər.
Bu din bəlkə bir vaxtlar elmə qucaq açdı. Amma sonra ağlı “küfr”, incəsənəti “şirk”, azad düşüncəni “fitnə” saydı.
Əgər bu din elm dini idisə…
Niyə alimlərini yandırdı?
Niyə kitabxanalarını dağıtdı?
Niyə sükutdan başqa heç nə yaratmadı?
Din və İnsan
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru