Daniyal sultan - 300 illik İlisu sultanları xanədanının sonuncu hakimi.
Dünən, 12:54

Daniyal bəy İlisulu -rus mənbəələrində General-mayor Daniel bek Elisuyskiy, həmvətənləri arasında Daniyal sultan kimi xatırlanan , 300 illik İlisu sultanları xanədanının sonuncu hakimi.
Atası Əhməd xan sultan dövrünün nüfuzlu siyasi liderlərindən sayılırdı. Əhmədxan sultan haqqında rus mənbəələri bölgənin siyasətində güclü rolu olan tatar hakimi (татарская старшина Акты Кавказской Археографической Комиссии АКАК) kimi bəhs edirdilər.
Daniyal sultan vətənini və xalqını sevən bir insan kimi həmvətənlərini həmişə hərbi və siyasi toqquşmalardan kənarda tutmağa çalışmış uzun müddət buna nail olmuşdur.Rus hərbi dairələrinin ona qarşı qərəzli mövgeyinin nəticəsi olaraq İmam Şamilin tərəfinə keçmək məcburiyyətində qalmışdır.
İngilis tarixçisi Con Baddeley sultanın məcburən mövge dəyişməsini " rus ədalətsizliyi və axmaqlığının böyük örnəyi" adlandırmışdır. 1847-51 çi illərdə İlisu pristavı olmuş Arnold Zisserman da dəfələrlə öz qeydlərində Qafqaz canişinliyi və Zaqatala hərbi dairəsindəki məmurların yarıtmaz və düşüncəsiz fəaliyyətinin nəticəsində Tiflis və şimali Azərbaycan ərazisində böyuk siyasi və hərbi nüfuza malik Daniyal sultanı itirdiklərini yazırdı.
İlisu sultanlarının nəsil şəcərəsi və geneologiyası haqqındakı paylaşımlar səhifəmizdə davam edəcəkdir.
P.s. Aşağıda oxuculara təqdim olunan foto İlisu sultanları və Şəki xanları Xoyskilər nəslinin nümayəndəsi Gəncə sakini
Vaqif İlisuyskinin şəxsi arxivindən əldə olunmuşdur. Arxasında qoyulan qeydlərə əsasən Daniyal sultan məxsus olması ehtimal olunur.Fotonun 1862 (tarix dəqiq olmuya bilər) çi ildə Tiflisdə Mikailidesin foto atölyesidə fotoqraf Eduard Vestli tərəfindən çəkildiyi və digər nüsxəsinin də Gürcüstan Milli Kitabxanası
“İverieli” rəqəmsal kitabxanasında saxlandığı bilinməkdədir.
Shahmardan Ahmedli
TEREF