Həmidə xanım Cavanşir: "Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm"

Dünən, 15:05           
Həmidə xanım Cavanşir: "Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm"
1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar. Bunu eşidən Həmidə xanım Cavanşir Kəhrizli və Əfətlidən gətirdiyi 200 atlı ilə birlikdə Ağdama gəlir. Bu hadisəni eşidən bütün kişilər mərkəzi meydana yığışırlar. Həmidə xanım camaata müraciət edir:
"Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm". Həmidə xanımın atının üzəngisinə yüzlərlə əl uzanır. Çox təvəqqedən sonra Həmidə xanımı yola gətirirlər ki, o Ağdamda gözləsin, bu gecə Şuşa yolu açılacaq. Elə həmin gecə Ağdam-Şuşa yolu Qarabağ kişilərinin səyi nəticəsində ermənilərdən təmizlənir və yol açılır.
Qeyd: Həmidə xanım Cavanşir Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur.
Mənbə:"Cümhuriyyətə işıq saçan qadınlar" (Araşdırma yazılar toplusu) kitabından (səhifə 373).
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru