Batin alimi yazır: Biz Kamil İnsanıq ya heyvani insan?
Bu gün, 08:16

Bu gün sosial şəbəkələrdə özlərini tarixçi kimi təqdim edən, lakin insanın yaradılışından xəbəri olmayan çoxlu "tarixçilər" peyda olmuşdur. Qədim həqiqətləri bilməyən bu saxta elm adamları, Avropanın cahil alimlərinin məntiqi ilə, hərəsi öz ağlına gələni danışırlar. Təəssüflər olsun ki, xalqımızın da əksəriyyəti elmsiz olduğu üçün onlara inanır. Mən xalqımıza tam məsuliyyətlə bildirirəm ki, qəbul olunmuş bütün qədim tarix tam cəfəngiyatdır. Mənbələrə görə cəmi iki növ insan yaradılmışdır ki, bunlar da Göy və yer insanlarıdır (1).
Sufilərin "Kamil İnsan" adlandırdıqları Göy insanlarını Allah Özü yaratmışdır və bunlar - ümumi adı Azər (Azəri) olan ölümsüz pir və seyidlər nəslidir. Allah adlanan İlahi Varlıq isə bu Azəri pirlərinin (fironlarının) əcdadı olan Əmandır ki, O sağlığında İlahdan Ra diski yaratmış, öləndən sonra isə Ruhu göyə qalxaraq, bu disklə birləşib Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Qədim Misir, Assur mənbələrində teurq adlanan türklər - pir Amonun rəhbərliyi ilə, göydə İlahdan kosmik Vahid Allah yaratmışlar və onların pir-fironlar nəsli ən qədim mənbələrdə Azər (Asar/Assur/Aşşur), yəni Osiris Allahları adlandılar (2). Allah, pir-bəglərlə vəhdətdə olduğu üçün, bütün dünyanın hökmdarlığını onlara vermişdir. Seyidlərə isə xüsusi İlahi qüdrət verərək, onları bu padşahların "silah daşıyanları" etmişdir (3). Adi insarları isə bu Azərilər öz əlləri ilə yaratmışlar və mən bu haqda ayrıca bir neçə elmi məqalə yazmışam (4).

Məşhur sufi Mühiddin ibn Ərəbinin "Füsusül Hikəm" kitabına görə Kamil insanların, yəni Azərilərin yaradılışını bilməyən və özünü alim hesab edən insanlar, bilmədiyini bilməyib danışan insanlardır. Mühiddin ibn Ərəbi onları "heyvani insan" adlandırır (5). İbn Ərəbinin və ümumiyyətlə sufilərin məntiqinə görə, son iki əsrin alimləri cahil insanlardır və buna görə dövrümüz qədim mənbələrdə "cahiliyyə dövrü" adlanır. Bunun səbəbi - alimlərin bilmədiyini anlamayıb, insanlara yanlış məlumatlar vermələridir. Bütün qədim yazılar sufilər tərəfindən rəmzlərlə yazılmışdır və onları yalnız sufilərin batin elmi vasitəsilə dərk etmək olar. Qurana görə onları yalnız - "İkra", yəni "Allahın adı ilə" oxuyub anlamaq mümkündür ki, bu cür oxuyanları ərəb mənbələri karilər (kurra) adlandırır (6). Karilər - müqəddəs yazıların yeddi qat dərin batini mənalarını anlayan ismaili natiqləri, yəni "danışan Quranlar" olmuşlar.

Onların bu dili Quranda - Süleyman peyğəmbərə verilmiş "Quş dili", Tövratda isə "ilk varlıqların vahid "səfa" dili" adlanır. Bu məntiq, qədim yazıların hərfi mənalarının tam əksidir. Hərfi mənada ən qədimdə Azərbaycan ölkəsi və xalqı olmamışdırsa, "səfa" dilində, yəni sufi məntiqində bütün qədim yazıların batini mənalarında söhbət tək Azərbaycandan və onun dünyaya ağalıq üçün səpələnmiş Azəri xalqından gedir (7). Sufi məntiqində yer insanları yazılarda qeyd olunmağa layiq görülməmişlər. Yəni onların qədim yazılara heç bir aidiyyatı yoxdur.

Bu gün özünü tarixçi kimi qələmə verib, insanları aldadanlar özləri cahildir və insanları da cahil yerinə qoymaq istəyirlər. Onlar anlamırlar ki, bilmədiyini bilməyib danışanları sufi müdrikləri "heyvani insan" adlandırmışlar.

Biz artıq XXI əsrdə yaşayırıq və bu gün əgər biz oxuyub həqiqəti dərk etdiyimiz halda, cahil alimlərin dediklərini qəbul ediriksə, deməli özümüzün heyvani insan olduğumuzu qəbul edirik. Biz bu cahilliyi qəbul etməməliyik. Çünki biz - ən qədim mənbələrdə Göy insanları, Allahlar və müqəddəslər adlanan pir-bəglər, seyid-şıxlar nəslinin törəmələriyik. Hər bir Azərbaycanlı, özünü tarixçi adlandırıb sosial şəbəkələrdə insanlara dərs deyənlərə bir sual verməlidir: Sən Kamil İnsanın necə yaradıldığını, onun tarixini bilirsənmi? Bilirsənsə de biz də bilək. Yox əgər bunu bilməyib, insanlara "dərs keçirsənsə", sən cahilsən və bizə - pir seyidlər nəslinin törəmələrinə Azərbaycan tarixindən danışmağa haqqın yoxdur!
Ədəbiyyat
1. Məqalə: "Истина о небесных и земных людях”, sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
2. Məqalə: “Assuriya qədim Azərbaycan ölkəsidir”, sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/
3. Məqalə: "Истинная история Человека и человечества", sayt: https://firudin.blogspot.com/2025/06/blog-post_19.html?m=1
4. Məqalə: "Человека сотворили Хазарские беки - Элохимы", sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1
5. Məqalə: "Kamil insanla heyvani insanın fərqi", sayt: https://firudin.blogspot.com/2025/06/kamil-insanla-heyvani-insann-frqi.html?m=1
6. Məqalə: "Qurandakı "Allahın Adıyla Oxu!" əmrinin gizli mənaları", sayt: https://firudin.blogspot.com/2025/07/qurandak-allahn-adyla-oxu-mrinin-gizli.html?m=1
7. Məqalə: "Древние масоны – прямые потомки богов", sayt: https://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1
Firudin Gilar Bəg
Sufi-batin alimi