Türküstan/Türkmənistan diyarının Təkamül mərhələsi: X-XIV əsrlər....
Dünən, 08:14

Hun-Quz qəbilə-tayfa İttifaqı kökənliyini Ailə-Dil özəlliyi ilə irsən yaşadan/daşıyan Oğuzların Orta Əsrlər tarixinin Təbəddülat və Təkamül mərhələləri sırasında Qərbi və Şərqi Səlcuq imperiyaları (X-XIV əsrlər) xüsusi yer tutmuşdur. Qərbi Səlcuq imperiyası Anadolu yaylası, Aralıq dənizi hövzəsini tuturdusa, Şərqi Səlcuq səltənəti Xəzər dənizi ilə Ulu-Tanrı/Ala-Tau dağlıq silsiləsinədək geniş ərazilərdə yayılmış, Samanilər sülaləsinin qüdrətli Xarəzmşah dövlətini də əhatə etmişdir.
Türk-Müsəlman dünyasının Mərkəzi Asiyada Təbəddülat/Mədəniyyət ocaqlarından biri də bu dövrdə Samanilər (875-998-ci illər) və Xarəzmşahlar (1077-1231-ci illər) imperiyalarının coğrafi məkanı Türkmənistan ərazisi olmuşdur. Salur, Təkəli, Əlili, Çovdar....tayfalarını birləşdirən Qaraqoyunluların XIII-XIV əsrlərdə nəinki Türkmənistan diyarında, həm də Şərqi Anadoluda, Cənubi Qafqazda (Azərbaycanda Qaraqoyunlular dövləti) da siyasi-hərbi dövlət quruculuğunda üstün mövqe tutması, ticarət, iqtisadi əlaqələr, elm və mədəniyyt...üstünlüklrəi barədə orta əsrlər hərbçisi, dövlət xadimi Məhəmməd Bayram Xan Seyf Əli bəy oğlu (1497-1561) yazmışdır.
Quz-Oğuz-Türkmən tayfalarının Xarəzm dövləti (paytaxtı Gürgənc şəhəri, müasir Türkmənistan Respublikasının şimalında, DışOğuz şəhərindən 15 km aralı) Şərqi Səlcuqlar imperiyası tərkibində inkişaf etmiş, Samanilər dövrü xüsusilə güclənmiş, “Böyük İpək Yolu” üzərində yerləşsə də, Ənəs Təkin, Kütbəddin Məhəmməd, İlarslan Adsız oğlu...hakimiyyəti illərində (XI-XIII yüzillərdə) ilk növbədə elm-mədəniyyət mərkəzi kimi də tanınmışdır.
Bu sırada Türk-Müsəlman dünyasının görkəmli tarixçi və ilahiyyatçı alimləri, rəssamları, memarları, söz ustadları, musiqiçiləri....Gürgənc şəhərində yaradılmış Məmnun Akademiyasında toplanması (Əbu Cəfər Muhəmməd əl-Xarəzmi (780-850), Əbu Reyhan əl-Biruni (973-1048), Əbu Əli Hüseyn ibn Sina (980-1037)...və o cümlədən, Əbu Seyid əs-Samanı...) Mərkəzi Asiyada olduğu kimi, Yaxın və Orta Şərqdə də elmin və mədəniyyətin inkişafına təkan vermişdir.
Məşhur Samanilər ulusundan olan tarixçi, ilahiyyatçı, filoloq, fiqhşünas Əbu Seyid əs-Samani Oğuz/Türkmən diyarının qədim Mərv şəhərində 1113-cü ildə doğulmuş, ünlü alimlər-üləmalar şəcərəsinin/soykökü davamçılarından biri olmuşdur. Onun ulu babası Əbu Mənsur əs-Samani (983-1056) fiqh alimi, mübarək hədislər toplayıcısı kimi tanınıb, “Qurani-Kərim”in təfsirini yazıb. Babası Əbu Müzəffər əs-Samani (1035-1096) tarixçi və filoloq, fiqh elm kitablarının müəllifi, atası Əbu Bəkir əs-Samani isə filoloq, şair və hüquqşünas olub.
Zəngin elm və mədəniyyət ocaqlarının bilikləri ilə kifayətlənməyən, dünyəvi dünyagörüşünə sığmayan Əbu Seyid əs-Samani 1134-cü ildə əmisi, tarixçi-ilahiyyatçı Əbül Qasım əs-Samani (1094-1188) ilə səyahətə çıxır (sonuncunun “Allahın mübarək adlarının ruhani təfsiri” əsərinin əlyazması Daşkənd şəhərində Ə.Biruni adına Şərqçünaslıq institutunda saxlanılır), Şərqi Səlcuq dövlətinin Məşhəd, Şirvan, Nişapur, Sərəks...şəhərlərində olmuşlar.
Müqəddəs “Qurani-Kərim”i bacısı Ummat Allah Hürrədən (1098-1156) öyrənən Əbu Səid mübarək hədislərin toplanması məqsədilə 4-7 min nəfər Şeyx-Müridlərlə, dini şəxslərlə görüşmüş, xeyli tarixi, coğrafi və dini əlyazmalarla tanış olmuş, dünyaca tanınan “Kitab əl-Ənsab” (“Soyların kitabı”) əsərini qələmə almışdır. Hakim Oğuz/Türkmən sülalələrinin soykökü şəcərəsi, dini-irfani təriqət mənsubluğu, Türkmənistan diyarının tarxi-dünyəvi hadisələrinin salnaməsi, coğrafi məkan və inzibati-ərazi hüdudlarının təsviri, fiqh elminin nəzəri-filoloji əsasları...kimi məzmunca elmi-nəzəri mükəmməl olan 8 cildlik bu əsərin əlyazmaları İstanbul şəhəri, Körpülü kitabxanasında, Rusiya EA-nın Şərq Əlyazmaları institutunda (Sankt-Peterburq şəhəri), London şəhəri, Britaniya kitabxanasında, Cənubi Hindistanın Heydərabad şəhəri Osman Universitetində...saxlanılır.
Orta əsrlərin Təbəddülat mərhələsinin qiymətli elmi-dini əsəri kimi “Kitab əl-Ənsab” (“Soyların kitabı”) dünya elmi ictimaiyyətinin sərvəti olmuşdur, ilahiyyatçılar, tarixçi-coğrafiyaşünaslar, filoloq-fiqh alimləri....tərəfindən istifadə edilmiş, elmi-nəzəri yükü indi də qorunub saxlanılıb, neçə-neçə alim tərəfindən yüksək qiymətləndirilib.
Əbu Seyid əs-Samaninin “Tarixi-Mərv” (“Mərvin tarixi”) əsərini istinad mənbəyi kimi istifadə edən XIII əsr coğrafiyaşünası-tarixçisi Yaqut əl-Həmavi (1178-1229) “Şəhərlərin lüğəti” kitabını (Türk-Müsəlman dünyası coğrafiyasının təbii-coğrafi təsviri, ölkə və şəhərlərin tarixi...) yazmışdır.
Məmlük tarixçisi Şəmsəddin Əbdül Abbas ibn Hallıqan (1211-1282) “Görkəmli şəxslər və onların müasirləri haqqında nekroloq” əsərini (1256-1274-cü illərdə) yazarkən (xəlifələr, şeyxlər, alimlər, şairlər, din xadimləri...ilə bağlı) Əbu Seyid əs-Samanı tarixi məlumatlarından istifadə etdiyini bildirmişdir.
Dünyaca şöhrətli sülalənin tanınmış Aydını-Əbu Seyid əs-Samanı doğulduğu şəhərdə 1166-cı ildə vəfat etmişdir...
Qismət Yunusoğlu,
TEREF