Qarabağdakı əsir qadınların "QARA BAXtları": SOLMAZIN "HƏDİYYƏSİ"...
7-11-2017, 21:09
(Hekayə yazmaq əlimdən gəlmir, əslində hövsələm çatmır. Bu yazını da güclə tamamlaya bildim. Sadəcə istədim ki, siz də bu olmuş hadisən xəbərdar olasınız...)
30 oktyabr 2017-ci ildə Çırağan mərasim sarayına, yaxın qohumumun yas mərasiminə getmişdim. Çoxdan görmədiyim qohumlarla da fürsət tapıb görüşdüm. Uzaq qohumum Əlini isə lap çoxdan görmürdüm. Görüşüb hal-əhval tutduq. Əli artıq yaşlaşmışdı, amma gəncliyindəki təbəssüm, gözlərindəki işıltı hələ də dəyişməmişdi. Soruşdum ki, yaşayışın necədir, ailə üzvləri, övladlar, nəvələr?...
Bütün məclislərdə olduğu kimi, söhbəti hara fırlatsaq da, sonda millətin yaralı yeri olan Qarabağ probleminin üzərinə gəlir. Əli dedi ki, təqaüdə cıxdıqdan sonra, qalmışam Naxçıvanla Bakının arasında. Övladlar burada, biz isə orada. Nəvələrimi görmək üçün ayda bir-iki dəfə Bakıya gəlirik. Soruşdum:
– Heç İrana gedib gəlirsənmi?
Dedi ki, əvvəllər tez-tez gedərdim. Son zamanlar isə iki-üç ildən bir gedirəm.
-Əli bax, bu yerə döşənmiş çəhrayı rəngli, mərmər daşlarını görürsənmi? Bu daşlar Ağdamın Gülablı mərmər karxanasından çixarılır. Oradan İrana göndərilir, ondan bu plitələr kəsilir, cilalanır, sonra isə İran malı adı altında gətirib bizə satırlar. Ömrümün 30 ilini Azərbaycanın Tikinti Materialları Sənayisi Nazirliyi sistemində işlədiyimə görə, Əli, mənim sözlərimin doğruluğuna tərəddüd etmədi.
Dedi:
- Mübahisə edə bilmərəm, sən o sahədə işləmisən və bizdən yaxşı bilərsən, daşaların çıxarılma yerlərini, növlərini, çeşidlərini...
Birdən Əli duruxub susdu və fikrə getdi ... Handanhana dilləndi:
- İran dedin, yadıma bir hadisə düşdü... Hər dəfə o söhbəti xatırladıqca ürəyimdən qanlar axır. Mərasim zalının foyesində əyləşdik. Əli hadisəni nəql etməyə başladı...
-Bildiyin kimi, mən işlə əlaqədar tez-tez İrana səfər edərdim. Ən çox getdiyim yer də Təbriz şəhəri olurdu. Təxminən 15 il olar ki, İrana getmişdim. Yaxın tanışım olan bir tacirlə onun dükanında söhbət edirdik. Birdən kabinetə bir şofer daxil oldu (Təbriz ləhcəsində: "Ağa avtoyu verdim darvazanın qapısına, malları yüklədə bilərsiniz"-dedi. Tacirlə çıxdıq darvazanın qarşısına, tacir soruşdu:
- Adə Bahari (şoferin soyadı imiş), bu nəmənə avtoydur? Avtoyunu təzələmisən, köhnəsini satdın.
Bahari:
- Xeyir ağa, yandı.
-Necə oldu yandı, harada yandı.
Şofer:
– Ağa birminci və axırımıncı kərə getmişdim Qarabağə, orada partlatdılar avtoyumu.
Tacir:
- Gədə danış görüm, necə yəni partlatdılar?
Darvazanın qapısında kətillərdə əyləşdik, bizə çay gətirdilər. Bahari söhbətə başladı:
-Ağa, həmişə düşünürdüm ki, ədə bu ərməni it uşaqları, Qarabağdan niyə əl çəkmək istəmirlər, bu Qarabağ nəmənə yerdir belə. Bir tüccar gəlib məni tapdı, erməni idi. Dedi ki, Qarabağa yük aparmaq lazımdır, gedərsənmi? Qiyməti razılaşdırıb, səhəri yola düşdük. Mehrini keçib dağ yolu ilə Gorusdan Laçına daxil olduq. Ağa, bilsəydin mən nə gördüm... Hər tərəf addımbaşı meşəlik, çəmənlik, gül-çiçək, talalar, sıldırım qayalar...Cənnət məkan. Erməni dedi ki, görürsən, bu gözəlliyi? Bil ki, biz niyə Qarabağdan ötəri dünyanı ayağa qaldırmışıq. Bir xeyli getdikdən sonra Laçının bir kəndinə çatdıq. Kənd dağın başında idi, adını xatırlamıram. Hər tərəf silahlı adamlarla dolu idi. Avtoyun motoru bərk qızmışdı, yəqin ki, qaynatmışdı. Avtoyu bir dükanın qabağına verdim, təkərlərin arxasına daş qoyub, kapotu açıb, radiyatoruna su tökməyə başladım. Əsgərlər avtoyun yükünü boşaltmağa başladılar. Dükanın 20-30 addımlığında bir dəstə erməni silahlı yeyib içib, bağırırdılar. Bir də gördüm ki, bir qız əlində saz, bunların məclisinə gətirildi. Qız saz çalıb oxumağa başladı. "Nar ağacı, nar çiçəyi" oxuyurdu. Sərxoş ermənilər də daş-duş edib bağırışırdılar, ermənicə söyüş söyürdülər, anqırırdılar. Qız mahnını bitirib qurtqranda bir saqqallı sərxoş erməni səndirləyərək ayağa qalxdı. Qızı qucaqlamaq istədi, qız kənara çəkildi. Erməni daş kimi , yerə dəydi. O biri ermənilər öz dillərində nəsə deyib, hırıldaşdılar. Ermənilərdən biri: " Axçi Solmaz, bir Karabax şikastası oxu"- deyə qıza bağırdı. Anladım ki, adı Solmazdır. Qız ağlaya-ağlaya oxumağa başladı. O ağladıqca ermənilər gülürdülər, ələ salırdılar. Oxuyub qurtadıqdan sonra biri qıza bağırdı: "Ağlama, kuvşini götür, get o bulaqdan bizə su gətir, üz-gözünü də yu". Qız gəlib yanımdakı bulaqda üz-gözünü yuyanda soruşdum: " Qız türksən?" Dedi: " Hə, sən də İran türküsən? Bu alçaqlara niyə qulluq edirsən?" Dedim ki, qazancım bundandır, yoxsa balalarım ac qalar. Solmaz avtoyun o tərəfində alt tərəfdə dəmir yeşik var, açım, gir orada gizlən. Hamısı sərxoşdur, səni yada salmazlar, aparım Təbrizdə verim konsulxanaya, oradanda gedərsən vətənə. Solmaz dedi ki, yox getmirəm, məni ölmüş bilirlər, qoy elə də bilsinlər. Biz Laçından iyirmi qız, əsirik. Geri qayıtmarıq, hər şey gecdir, başımıza olmazın müsibətini açıblar, kimə lazımıq vətəndə. Bizi öldürməklərinə razıyıq.
Ermənilərə baxdım ki, çoxu içkinin təsirində yuxuya getmişdilər. Solmaz saxsı səhəngi doldurub ermənilərə baxdı. Qız onların yadından çıxmışdı. Avtoyun yükünü boşaldan ermənilər, avtomat silahlarını beş addımlıqda, divarın dibinə söykəmişdilər. Birdən, qəfil Solmaz avtomatı götürüb, mağazininə baxıb, tətiyi çəkdi, ermənilərə atəş açmağa başladı. Elə ani oldu ki, mən də, ermənilrə də özlərini itirdilər. İki dəqiqə ərzində beş-altı erməni cəhənnəmə vasil oldu. Güllə qujrtaran kimi, Solmaz ikinci avtomatı götürdü və ermənilər atəş açmağa başladı...
Beş altı erməni mənim avtoyumun dalında gizləndilər. Solmaz bağırdı maşından uzaqlaş və avtoyumu gülləyə tutdu.
Bakdan tökülən yanacaq alışdı . Avtoy bir anın içində alova qərq oldu. Partlayış baş verdi, maşın yanmağa başladı. Mən qaçaraq avtoydan uzaqlaşdım. Bir erməni bağıraraq: "Onu öldürməyin, diri tutun" – deyirdi. Solmaz atəş aça-aça sıldırıma tərəf qaçdı. Ermənilər də ardınca yerlə sürünərək ona sarı gedirdilər. Sıldırımın yuxarısında Solmazın avtımatında güllə qurtqdı...
O mənə baxaraq bağıra-bağıra dedi: " Get bizimkilərə de ki, qeyrətləri olsun, qızlarımızı azad etsinlər!"...
Elə bağıra-bağıra da özünü sıldırım qayadan aşağı atdı. Saydim ki, yerdə, yeddi-səkkiz erməni cəsədi var. Bir azdan Solmazın ölmüş cəsədini gətirdilər, başı dağımışdı, üz gözü qan içində idi. Bu hadisədən hamımız donub qalmışdıq. Erməni tacir dedi ki, avtoyun sənədləri məndədir, Qarabağın sığorta sənədi də içində Məni apardı Xankəndinə. Orada çoxlu qənimət avtoylar vardı. Seçdim, bunu götürdüm. Almanın MAN avtoyudur. Mənim köhnə avtoyumdan min kərə yaxşıdır. Bunu mənim adıma sənədləşdirdilər, qayıtdım İrana. Evdə sordular bu avtoy nəmənə? Dedim ki, Qarabağdan Solmazın hədiyyəsidir...
Şöfer bunuları danışıb, hönkür-hönkür ağladı, bizi də ağlatdı...
Nadir İsmayılov
/fedai.az