Mərdan Camalovla Etibar Pirverdiyevi birləşdirən biznes - iki məmurun elektrik avadanlıqları biznesini Fəqan Həsənov idarə edir?

25-10-2018, 19:35           
Mərdan Camalovla Etibar Pirverdiyevi birləşdirən biznes - iki məmurun elektrik avadanlıqları biznesini Fəqan Həsənov idarə edir?
Bu ilin əvvəlində Şirvan Şəhər İcra Hakimiyyətində böyük bir skandal yaşanmışdı. İcra başçısı Mərdan Camalov Fəqan Həsənovu özünə müavin təyin etmişdi. Fəqan Həsənovun müavin təyinatı isə yuxarı dairlərdə heç də birmənalı qarşılanmamışdı. Narazılıqların olduğu və qalmaqalları ilə ad çıxaran Fəqan Həsənov dərhal müavin postundan uzaqlaşdırıldı. Amma çox keçmədi ki, Mərdan Camalov əmr imzalayaraq Fəqan Həsənovu özünə köməkçi təyin etdi.

Şirvanda bələdiyyə sədrliyindən icra başçısı müavini postuna qədər yüksəlmiş F.Həsənov bu ilin yanvarında sonuncu iş yerindən azad olunmuşdu.

Deyilənə görə, F.Həsənovun əsas işi M.Camalovun tapşırığı ilə Türkiyədən işıq dirəkləri gətirmək olub. Belə iddialar səslənir ki, F.Həsənovun sənədləri PA-ya göndəriləndə Türkiyədəki “Hizmət hərəkatı” ilə əlaqələrinin olduğu üzə çıxıb. Ona görə də mərkəzi hakimiyyət onun Şirvanda müavin olmasına razılıq verməyib. Buna baxmayaraq, Həsənov Mərdanovun köməkçisi təyin edilib.

Gundeminfo.az-a daxil olan məlumata əsasən Mərdan Camalov indi də köməkçisini dəyişmək istəyir. İnformasiyada bildirilir ki, Azərenrji ASC-nin sabiq sədri Etibar Pirverdiyev və onun ailə üzvləri ilə elektrik məhsullarının biznesində ortaq olub. Məlumata əsasən bu ortaqlığını Fəqan Həsənovun üzərindən quran icra başçısı Etibar Pirverdiyevin vurulmasından sonra biznesində əl dəyişdirmək qərarına gəlib. Sonuncu dəfə dövlət başçısının onu sərt sözlərlə tənqid etməsindən və nəhayət vəzifəsindən azad etməsindən sonra Camalov da öz biznes çevrələrində müəyyən korrektələr etmək qərarına gəlib. Mənbəmiz iddia edir ki, Camalov istənilən halda Fəqan Həsənovdan qurtulmaq istəyir. Buna səbəb kimi də son zamanlar Pirverdiyevin ətrafında araşdırmaların aparılmasıdır. İnformasiyalara əsasən Pirverdiyevin qaranlıq biznes əlaqələrinin araşdırılması zamanı Mərdan Camalovun da yaxın adamlarının adları ortaya çıxıb.

Hazırda Şirvanın icra başçısı dövlət büdcəsindən ayrılan elektrik təsərrüfatları üçün avadanlıqların alınması, o cümlədən də elektrik təchizatı ilə bağlı Şirvanda yerləşən paylayıcı stansiyaların işi ilə bağlı araşdırmalar aparılır. Gundeminfo.az-a daxil olan məlumata görə, Mərdan Camalov uzun illər Etibar Pirverdiyevlə şəxsi dostluğundan istifadə edərək Şirvan İstilıik Elektrik Stansiyası, Şirvan DRES-in idarəedilməsi üçün lazım olan avadanlıqlar, təmir bərpa işlərində bütün tenderləri məhz Camalovun yaxın çevrəsi, biznes ortağı olanlar qazanıb. Nəticə etibarilə də ortaya ciddi faktlar çıxıb. Bu mövzu ilə bağlı detallı olaraq araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.