İsmayıl Ağayevin təşviqat kampaniyasında daha bir pozuntu FOTOFAKTLAR

15-10-2015, 17:03           
İsmayıl Ağayevin təşviqat kampaniyasında daha bir pozuntu FOTOFAKTLAR
Azərbaycan Respublikasının «Seçki məcəlləsi»nin tələblərinə uyğun olaraq xarici ölkə vətəndaşlarının ölkə daxilində seçkilər dövründə hər hansı bir namizədin xeyrinə təbliğat-təşviqat kampaniyasında iştirakı qadağandır. Bununla bağlı olaraq «Seçki məcəlləsi»ndə konkret olaraq göstərilir ki, Azərbaycan respublikasında vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikası ərazisində seçkilər dövründə hansısa namizədin xeyrinə təbliğat-təşviqat kampaniyasında iştirakı yolverilmədir. Lakin 60 saylı Salyan seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüş İsmayıl Ağayevin xeyrinə İsrail Respublikasının vətəndaşı olan şəxs aktiv şəkildə təbliğat-təşkiqat kampaniyasında iştirak edir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Aleksandr Şapiro Suliman adlı İsrail vətəndaşı sosial şəbəkələrdə və digər KİV orqanlarında İ.Ağayevin xeyrinə təbliğatla məşğul olur. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Aleksandr Şapiro Azərbaycan-İsrail Tibbi Mərkəzinin direktorudur. Mərkəzin rəsmi adı «Azəri-İsra» Tibb Mərkəzidir. Araşdırmalarımız zamanı bu mərkəzin ölkə daxilində rəsmi heç bir bilgisinə rast gəlmək mümkün deyil.

Buna baxmayaraq 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olan İsmayıl Ağayev seçki proesesində xarici ölkə vətəndaşlarının imkanlarından geniş istifadə edir.

Hər halda bu məqam kifayət qədər diqqəti çəkəndir və düşünürük ki, məsələ ilə bağlı seçki orqanları müvafiq tədbirlər görəcəklər. Araşdırmalarımız davam edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.