İmişli Mədəniyyət və Turizm şöbəsi Süleymana da qalmayacaq
15-10-2015, 20:28
Əmək müfəttişliyi şöbəni 20 min manat cərimə etdi.
Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin İmişli rayon şöbəsinin bir müddət direktor əvəzi işləmiş və direktor təyin olunmaq üçün bütün vasitələrdən istifadə edən, lakin istəyini reallaşdıra bilməyən Könül Cavadovadan sonra, növbə Mədəniyyət və Turizm nazirliyinin İmişli rayon şöbəsinə də çatdı. Sabiq rəis Hasil Tağıyevdən sonra şöbəyə müvəqqəti rəhbərlik edən, əvvəllər həmin şöbənin mühasibi vəzifəsində çalışmış Süleyman Bəşirova da artıq yol görünüb. Amma S.Bəşirova görünən yol K.Cavadovanın yolundan fərqlidir. Əgər K.Cavadova ƏƏSMN-nin yerli şöbəsində cəza qrupu formalaşdırmışdısa və bu qrup vasitəsilə sosial müdafiəyə ehtiyacı olan insanların hissləri ilə oynayırdısa, Süleyman Bəşirovda vəziyyət daha ciddidir. Hasil Tağıyevdən öyrəndiyini və mühasib kimi öyrətdiyni özü, həm də müstəqil şəkildə tətbiq edən S.Bəşirov məhz bu əməllərinə görə bir neçə gün öncə Respublika Əmək Müfəttişliyi tərəfindən İmişli rayon Mədəniyyət və Turizm şöbəsini işində yol verdiyi ciddi nöqsanlara görə 20 min manat cərimə etdirib. Etibarlı mənbənin Conflict.az-a verdiyi məlumata görə əsasən “palatka meqastarları”ndan ibarət olan və İmişli Mədəniyyət və Turizm şöbəsinin rəsmi əməkdaşları olan çoxlu sayda “işçinin” iş yerlərində görünmələri, sadəcə hadisə hesab oluna bilər. Məlumatda bildirilir ki, hələ Hasil Tağıyevin vaxtından əmək haqqı kartlarının yalnız mövcudluğu haqqında məlumatları olan “palatka meqastarları”na və indiki vəziyyətdə Süleyman Bəşirova bu vəziyyət olduqca əlverişlidir. Hər iki tərəf udur.
İmişli Mədəniyyət və Turizm şöbəsi Süleymana da qalmayacaq
Lakin son günlər S.Bəşirovun fələyi obrazinda olan Əmək Müfəttişliyi sabiq mühasibin yuxusuna haram qatıb. Uzun müddətdir ki, direktor postu boş qalan, yalnız daxili sərəncamla, yəni İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin xeyir-duası ilə şöbəyə rəhbərlik edən S.Bəşirovun rəhbərlik etdiyi qurumu böyük məbləğdə cərimələtdirməsi sayın Hacıyevi bu dəfə də narahat etməyib. Çünki cərimə parası zatən dövlətindir. Yəni bir cibdən, digərinə prinsipi. Amma cənab Vilyam Hacıyev unudur ki, İmişli rayonunun kəndlərində bir mədəniyyət klubu belə normal, bəziləri isə heç fəaliyyət göstərmir. Lakin həmin binaların saxlanılması, “işçilərinin” əmək haqqlarının ödənilməsi üçün dövlət öz büdcəsindən kifayət qədər vəsait ayırır. Yəqin ki, bir gün Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin qara buludları İmişli səmasında görünəcək. Həmin gün nə Vilyam müəllim boş vaxtlarında Şeksprin əsərlərini oxuya biləcək, nə də Süleyman Bəşirovdan hesab soruşularkən sabiq mühasib, “bu quş dilidir bunu Süleyman bilir ancaq” – deməyə vaxt tapacaq. Və o zaman İmişli camatı deyəcək:
- İmişli Mədəniyyət və Turizm şöbəsi Süleymana da qalmadı.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.