Xəritə üstündə qalan rayonumuzun yerə-göyə sığmayan problemləri... - Xocavəndin başsızlıq problemi...

16-10-2015, 19:58           
Xəritə üstündə qalan rayonumuzun yerə-göyə sığmayan problemləri... - Xocavəndin başsızlıq problemi...
Redaksiyamıza Xocavənd rayon sakini Quliyev Aslan tərəfindən rayondakı özbaşınalıqları əks etdirən ilginc ittihamların yer aldığı məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik:

"Xocavənd rayon səhiyyəsi haqqında nə qədər yazılsa da problemlər həll olunmamış qalır.Belə çıxır ki,bu gün rayon sakinlərinin dedikləri təsdiqini tapır.Yəni nə qədər ki Xocavəndin icra başçısı Eyvaz Hüseynovdur baş həkim oz bildiyini edəcək. Danışanları öz metodu ilə susduracaq,ya da susmağa məcbur edəcəkdir.Artıq 23 ildir ki,Xocavənd səhiyyəsinə Nurəngiz Bəçirova başçılıq edir.Xocavənd rayon İcra başçısı Hüseynov Eyvazla eyni vaxtdan.İşlədiklərinin ikinci ili tamam olmamış,1994 cü ildə xəstəxanada olan yeyintilərlə bağlı Xocavənd rayon polis şöbəsının materialları əsasında Beyləqan rayon Prokurorluğunda bir neçə maddə ilə cinayət işi açıldı.Həmin maddələrə görə xəstəxananın əksər işçiləri həbs olunmalı idi.Ancaq ozaman Beyləqan prokurorluğunun əməkdaşı olan Kamalov Oktaya yol taparaq (yerli olduqları üçün) içi bağlaya bildilər.Həmin işdə hansı əməllər yox idi.Yaşlı qadınlara hamiləlik haqqında arayışlar verərək küllü miqdarda pul yardımları almaq,əmək haqlarının aylarla vətəndaşlara verilməməsi,saxta köçürmələr və s.Belə hasanlıqla canlarını qurtardıqdan sonra başladılar boşalmış yerləri doldurmağa.Artıq heç bir qüvvə onları dayandıra bilməzdi.Başçı ilə əlbir olaraq bu illər ərzində milyonlarla manat dövlət büdcəsinə ziyan vurmuşlar və bu gün də vurmaqda davam edirlər.

Maliyyə Nazirliyinin yoxlamaları nəticəsində Xocavənd rayonun bir neçə idarələri barəsində Beyləqan prokurorluğunda cinayət işləri açıldı. O zaman mən də həmin idarələrdən birinə,tikinti trestinə başçılıq edirdim.Yoxlamalarda “Aqra promda”,Xəstəxanada, Təhsildə ,Maliyədə külli miqdarda yeyinti halları aşkar olunmuşdu.O zaman da Başçı yalnız “Aqraproma”, xəstəxanaya görə, cinayət işlərini, keçmiş Baş Prokuror Eldar Həsənovdan xahiş edərək Beyləqan rayonundan aldırıb Fizuli rayon prokurorluğuna verdirərək işləri yoluna qoydurdu.Əgər o bu işləri yoluna qoymasa idi,bütün maxinasiyalarda daim bir yerdə adları hallanan, yaxın dostu və qardaşı “Aqraprom”-un keçmiş sədri Mustafayev Rəfail artıq onu “baqaja” qoyaraq izahatında götürülən pulları başçıya verdiyini bildirmişdi.Xəstəxanaya girilərsə baş həkimin taleyinin necə olacağı başçını gecə gündüz düşündürürdü. Ona görə də bu işləri təcili bağladılar.Sonralarda xəstəxana haqqında başqa rayonlarda bir neçə dəfə cinayyət işləri açılmışdır.Hamısında da bir başa başçının yaxından qayğısı sayəsində canlarını qurtara bilmişlər".

Daha sonra müəllif dia.az-a yazır: "Bununla belə nəticəyə gəlmək olar ki,Xocavənd səhiyyəsində mövcud olan vəziyyətə görə rayonun icra hakimiyyəti ilə yanaşı respublikanın hüquq mühafizə orqanları da məsuliyyət daşıyırlar.Haqqında bu qədər şikayətlər olduğuna baxmayaraq əgər o bu gün öz işində işləyirsə artıq əhalinin respublikanın hüquq mühafizə orqanlarına, Səhiyyə nazirliyinə, bir başa döblətin rəhbərliyinə inamları azalır. Bu arxayınçılıqdandır ki, hər yerdə fəxrlə 23 ildir ondan yazılmağndan bəhs edir..Belə düşünürlər ki, barələrində nə qədər çox şikayətlər olsa, bir o qədər də güclü arxa tapacaqlar.Deyirlər ki, kim nə qədər istəyir şikayət etsin. .Onsuzda hər işə görə biz lazımi orqanlara xərac veririk. Hiss olunur ki,tək rayonun icra başçısı Hüseynov Eyvaz tərəfindən deyil,həm də səhiyyə naziri tərəfindən müdafiə olunur.yoxsa bu qədər şikayətlərə rəğmən köhnə ampulasında qalmazdı.

Maraqlı burasıdır ki, Xocavənd rayonunda bütün qalmaqallar,yoxlamalar,maxinasiyalar,qarşıdurmalar yalnız xəstəxana ilə bağlı yaranıb.1994 cü ildən başlayaraq dəfələrlə müxtəlif orqanlar,təşkilatlar tərəfindən yoxlanılıblar.Həmişə də ağlasığmaz cinayət əməlləri aşkar edilərək,barələrində cinayət işləri açılmışdır.Ancaq hər dəfə başçının səyləri nəticəsində cəzasız qala bilmişlər.Elə ona görə də qanunsuz əməllərini bu gün də davam etdirirlər.Bir başa başçının çətiri altına sığınan baş həkimin bu gün rayonda kəsdiyi başa sorğu sual eləyən yoxdur.Dövlət xəstəxanasını şəxsi təsərrüfatı kimi idarə eləyir.Xəstəxanada yüzlərlə “ölü canlar”saxlayaraq dövlətə külli miqdarda ziyan vurur.Dərmanların qutuları dəyişdirilərək (üstündə satışı qadağan olunub yazısına görə)başqa rayon apteklərinə satdırır.Olan qopan işçilərdən hər ay kassa pulu adı ilə 3-5 manat pul yığılaraq mənimsənilir.0,25-0,50 akladla qeyri qanuni işçilər işə götürülür,təmir adı altında büdcənin demək olar ki,axırına çıxıblar.İdarələrin işçiləri bir başa başçının həyətində.təsərrüfatında çalışırlar.Ondan ibrət götürən baş həkim də xəstəxananın işçılərini öz şəxsi evində işlətməklə başçıdan əksik olmadığını bildirir.adları müxtəlif idarələrdə gedən adamlar səhərdən axşamacan başçının şəxsi evində işləyir.Xəstəxananın işçiləri bir başa həkimin evində həkim üçün çalışırlar. .Bütün bu qanunsuzluqlar isə bir başa başçının göstərişləri ilə edilir. Çünki. Həmin pulların sayəsində bu gün Bakı şəhərində Şamaxı rayonunda ,Ağcakənddə və başqa rayonlarda Başçının və baş həkimin bir neçə yerdə yaşayış binaları ,villaları mağazaları iaşə obyektləri vardır.

.Mustafayev Rəfailin əli ilə torpaqları müxtəlif adamlara satıb qurtarıblar.Bu gün Haramı ərazisində olan 6-7 min hektar torpaqdan bir hektar boş yer yoxdur.Hamısını kənar rayon sakinlərinə,imkanlı rayon məmurlarına və başçının yaxın qohumlarının adına sənədləşdirərək dövlətin verdiyi subsidiya pullarını mənimsəmişlər.Artıq payız səpini başlayıb.Həmişəki kimi, Xocavənddə,yenə də yalnız başçı və ətrafı əkinlə məşxul olurlar.Vəzifəsindən sui istifadə edərək payızlıq buğda və arpa toxumunundan yalnız öz əkin sahələrində istifadə edirlər..

Bir başa başçının göstərişi ilə, abadlıq işləri adı altında yüz min matlarla vəsait silinmişdir.Hər ay idarələrdən yığılan pulları isə müxtəlif tədbirlər adı ilə bir başa başçının özü götürür.İdarələrə işçılər bir başa başçının saqqalının altından keçəndən sonra götürülürlər. Lazım gələrsə (əksər vaxtlarda)həkimin əli ilə dəiş tapmaq mümkündür. Yəqin ki bütün bunlara son qoyan olacaq.`O vaxta qədər isə biz rayonda olan problemlər haqqında,başçı, Baş həkim və onların ətrafı haqqında çox işləri biləcəyik.

Rayonda yaranmış Beyləqan Mafiyyası haqqında

Maliyyə şöbəsi işçilərinin idarələri saxtakarlığa məcbur edərək özlərinə aid saxta MMC-lərlə saxta pul köçürmələri əməliyyatları

Təhsildə mövcud olan çatışmazlıqlar. Adı olub özü olmayan məktəblər haqqında

Ailə idarələri və bu kimi nöqsanlar haqqında yazılarımız olacaq".


Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.