Beyləqanın icra başçısı ilə bağlı İLGİNC İDDİA - işə içkili vəziyyətdə gəldi və...
16-10-2015, 20:32
59 yaşını kabinetində keçirən icra başçısı içkili vəziyyətdə olub.
Beyləqandan 7news.az-a daxil olan məlumat görə icra başçısı Vaqif Abdullayevlə rayon maliyyə idarəsinin müdiri Oktay Hacıyev arasında qarşıdurma yaranıb. Belə ki, dünən maliyyə idarəsinin müdirini yanına çağıran icra başçısı ondan büdcə təşkilatlarından birinə ayrılan vəsaitin sənədlərini istəyib. Oktay Hacıyev isə icra başçısından "hansı sənədləri istəyirsiniz?" deyə ikinci soruşanda Vaqif Abdullayev idarə müdirini ən ağır söyüşlərlə təhqir edib.
Mənbə bildirir ki, icra başçısının dünən 59 yaşı tamam olub. Bu səbəbdən Vaqif Abdullayev kabinetində içki qəbul edib və bu vəziyyətdə də idarə müdiri ilə mübahisə edib.
Məlumatlı şəxs iddia edir ki, Beyləqan rayonunda fəaliyyət göstərən büdcə təşkilatlarının bütün maliyyə sənədləri Vaqif Abdullayevin masası üzərindədir. Belə ki, idarə və müəsissələrə ayrılan vəsaitlərin "silinməsini” şəxsən Vaqif Abdullayev həyata keçirir. Artıq Beyləqandakı bir çox idarə müdirləri icra başçısının sənədləşmə işindən beziblər.
Qeyd edilir ki, Vaqif Abdullayev icra başçılığından çıxarılacağı ilə bağlı məlumat aldığı üçün dayanmadan büdcə təşkilatlarının müdirlərini "soyur”.
Sübüt olaraq qeyd edək ki, son 3 ayda rayonun daxili büdcəsindən müxtəlif müəsissələrə kağız üzərində 100 min manata yaxın vəsait köçürülüb. Köçürülən vəsaitlər isə birbaşa icra başçısına çatıb.
Qeyd edək ki, Vaqif Abdullayevin idarə müdirlərindən hər ay nə qədər "haqq” alması ilə bağlı ilginc məlumatı oxucularımıza təqdim edəcəyik.
Xatırladaq ki, 7News.az informasiya portalına Beyləqan rayonu ilə bağlı bir sıra ilginc məlumatlar daxil olmaqdadır. Məlumatlardan birini bir neçə gün öncə dərc etmişdik. Yazıda qeyd olunurdu ki, evinin və bütün əşyalarının yanmasına görə rayon icra hakimiyyətinə gələrək kömək istəyən vətəndaş icra başçısı Vaqif Abdullayev tərəfindən unikal bir cavab alıb.
Mənbə bildirir ki, icra başçısı vətəndaşın kömək xahişinə, "indi vəziyyət çox çətindir, ölkəni götürən böhran icra hakimiyyətlərinə də təsir edib. Cənab prezident hələ ki, heç bir tikinti təmir üçün vəsait ayırmayıb, bir yerdən borc al, gələn il vəsait ayrılacaq, o zaman sənə köməklik edərəm” deyib.
İcra başçısının bu unikal cavabından sonra vətəndaş qohum-əqrabalarının, qonşularının köməkliyi özünə bir neçə yatacaq dəst və əşya alıb.
Məsələnin maraqlı tərəfi isə Vaqif Abdullayevin vətəndaşa verdiyi cavab olub.///7News.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.