Bakının 3 kollecində qiyam yetişir...

19-10-2015, 15:52           
Bakının 3 kollecində qiyam yetişir...
“Təhsil naziri Mikayıl Cabbarovun orta ümumtəhsil məktəbləri sahəsində apardığı islahatlar göz önündədir. Ancaq təəssüflər olsun ki, islahatlar təhsilin bütün sahələrini əhatə etmir. Məsələn, orta ixtisas təhsili məktəblərində kadr islahatlarından tutmuş, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində heç bir iş görülməyib. Cəmiyyəti orta ixtisas təhsili məktəblərinin direktorlarının rüşvətxor əməlləri daha çox narahat edir. Semestr imtahanları, dərslərdə iştirak etməmək haqqı, dövlət imtahanlarında toplanan külli miqdarda vəsait kollec direktorlarını oliqarxa çevirib. Mikayıl Cabbarovun nazir təyin olunmasından 2 il 6 ay ötməsinə baxmayaraq, hələ də 15-20 il direktor işləyən kollec rəhbərləri öz işləri ilə məşğuldurlar. Onların çirkin əməlləri sanki “metastaz” verib”...
Bütün bunları Moderator.az-a kollec sahəsində dərin təcrübəsi olduğunu iddia edən mənbə bildirib. Mənbənin məlumatına görə, bu cür direktorlardan artıq kollektiv də bezib:
“Bunların sırasına Bakı Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucovu, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Həmzə Ziyadovu və ixtisası rəhbərlik etdiyi kollecə qətiyyən uyğun gəlməyən (Beynəlxalq münasibətlər), vaxtilə Misir Mərdanovun köməkçisi işləmiş Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudovu misal çəkmək olar. Görəsən M.Cabbarov nə vaxta qədər reputasiyaları korlanmış və 15-20 il kollec sisteminə nifrət qazandıran bu şəxslərlə çalışacaq? Bəlkə gücü çatmır... ? Hər halda buna inanmaq çox çətindir...
Mövzuya qayıdacağıq və digər "balaca padşahlar" haqqında da araşdırmalarımızı təqdim edəcəyik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.