40 milyon avronu ölkədən kim çıxarıb? - 'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov kimdir? FOTOFAKT

6-08-2019, 07:10           
40 milyon avronu ölkədən kim çıxarıb? - 'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov kimdir? FOTOFAKT
Teref.az müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir araşdırması ilə sosial şəbəkədə status paylaşıb. Araşdırmada azərbaycanlı oliqarx tərəfindən Almaniyaya yatırılmış 40 milyon dollarlıq sərmayədən söhbət gedir. Qeyd etmk istəyirik ki, araşdırmada adı çəkilən 'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun adı MTN "banda"-sı ilə bağlı hallanmışdı. Araşdırmanı sizə təqdim edirik:
Sizə iki oteli tanıtmaq istəyirəm. Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm PARK HOTEL BERLİNER TOR və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu PARK HOTEL ARENA-nı.

Hər iki otel Xəlil Göyüşov adlı işadamına məxsusdur. O, Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən 'Körpü-Bina Tikinti" MMC-yə rəhbərlik edir. Adı MTN işi ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib.
2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb. Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov idarə edir.

Deyə bilərsiniz ki, işadamıdır, istəsə Almaniyada, hətta Amerikada da biznes qura bilər. Təbii, amma məsələ bu qədər vəsaitin bəyannaməsiz, qeydiyyatsız-filansız ölkədən necə çıxarılmasıdır. Hər halda ağla gələn variant keçmiş MTN rəhbərliyinin rolu ilə bağlıdır.
Zəruri qeyd: 'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun MTN çetesi ilə əlaqələri barədə mətbuatda dərc edilən və təkzib edilməyən məlumatlarla aşağıda tanış ola bilərsiniz! Teref.az sizə bəzi məqalələrin linklərini təqdim edir:
http://bakunews.az/gundem/12250-xelil-goyushov-mahmudov-chetesi-ile-elaqede-.html
http://www.dia.az/5/98483-korpu-bina-tikinti-mmc-rehberi-xelil-goyushov-hebs-oluna-biler.html
http://azerinfo.az/gundem/5994-shirket-rehberi-xelil-goyushov-kimlerin-himayesindedir.html
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.