“Eyfel” və “Qaya” qruplarının sahibi dövlətin vergisini ödəyirmi?(FOTO)

19-11-2015, 23:52           
İbrahim Mustafayev villalarını çəkilən teleseriallar üçün icarəyə verib Qafqaznews.az olaraq bir müddət əvvəl Babək prospektində “Azpetrol” yanacaqdoldurma obyekti ilə üzbəüz yerləşən “Eyfel qrup”un sahibi Mustafayev İbrahim Şəmsəddin oğlunun əməlləri barədə yazmışdıq. ( Yeri gəlmişkən, İbrahim Mustafayev eyni zamanda Babək prospektində “Monte Karlo” şadlıq sarayı ilə üzbəüz yerləşən “Qaya qrup”unun da sahibidir )
Məqalədən bəlli olurdu ki, İbrahim Mustafayev Türkiyənin tanınmış mebel fabriklərinin istehsalı olan klassik yataq-qonaq dəstlərini Türkiyədə keçirilən mebel sərgisindən nümunə kimi alaraq, sonradan həmin nümunələrdən Türkiyədə sexlərdə mebel yığdırıb sərgidən alınan marka mebel adı ilə Bakıda “Eyfel qrup” və “Qaya qrup” da satdırır. Sərgidən Zümrüd, Sapfir, Şahnaz, Saray və digər modellərin nümunəsini alıb sonradan Türkiyədə iki qardaşların sexində maknsimum 3 min dollara yığdıraraq, Bakıya gətirib öz şirkətlərində Zümrüd yataq dəstini 13 min manata təklif edir, sonra müştəri ilə razılaşıb 7 min manata satır. Şahnaz adlı yataq-qonaq dəstini 26 min manata deyərək 16 min manata razılaşır və s… Və sonda saxtakarlıq hesabına, istehlakçıları aldatmaq yolu ilə İbrahim Mustafayev milyonlar qazanır.0 Bu gün qafqaznews.az-a daxil olan məlumata görə, qazandığı miliyonlara Bakı şəhərində bir çox bahalı villalar alıb. Bununla da kifayətlənməyən İbrahim Mustafayev həmin villaları Xəzər TV-də gedən “Ay Zaur” verlişinə, ATV-də “Bacanaqlar” verlişinə, Xəzər TV-də çəkilən teleseriallar üçün icarəyə verib. Görəsən bu villaları İbrahim Mustafayev icarəyə verəndə dövlətin vergisini ödəyirmi? Bizi izləyin. Araşdırmamız davam edir.
“Eyfel” və “Qaya” qruplarının sahibi dövlətin vergisini ödəyirmi?(FOTO)



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru