Neftçala DYP-sinin təzə rəisi sakinləri artıq boğza yığıb - ŞİKAƏYƏT
20-11-2015, 21:23
teref.aznun poçtuna neftçala yol polisi ilə bağlı şikayət məktubu daxil olub. Şikayətçi yazır:
"Neftçala yol polisinin rəisi Azad Məmmədyarov artıq bir aydır təzə postuna təyinat aımasına baxmayaraq Neftçala da bazar açıb. Salyan Rayon Polis Şöbəsi DYP-nin baş inspektoru işləyən polis baş leytenantı Azad Məmmədyarov Neftçala RPŞ DYP bölməsinin rəisi vəzifəsinə təyin olunandan artıq hər şeyə haqq qoyub. İçkili tutulanlardan 500 manat alan rəis, bir az hörmətli olanlara 300 -400 manat pul alır." Şikayətçi sonra yazır: "Taksi şoferlərinin çox hissəsi artıq aylığa oturublar. Aylıq verməyənlər çətin işləsinlər çünki, təzə rəis dayandığın yerdə səni tutaraq sən içgilisən deyərək maşını cərimə meydancasına aparır. Rayon sakinlərinin ağ gününü qara edə rəisə kim söz deyirsə, deyirki mənim adamım var və heç kim mənə heçnə edə bilməz. Çünki mən Məmmədyarovlardanam, hara şikayət edirsiz edin." Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq! teref.az