Qubanın icra başçısı cənab Ziyəddin Əliyev Ukraynada yol çəkir? - FAKTLAR

2-11-2019, 21:46           
Qubanın icra başçısı cənab Ziyəddin Əliyev Ukraynada yol çəkir? - FAKTLAR
Bura Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsidir. Yol çəkmək adı ilə xaraba günə qoyulub. Deyərsiniz, bizə nə dəxli var?

Muxalifet.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Məsələ burasındadır ki, Kaluqa qəsəbəsinin sakinləri bizim məmurlardan birindən, daha doğrusu Qubanın icra başçısı cənab Ziyəddin Əliyevdən şikayətçidirlər. Həmin Ziyəddin Əliyevdən ki, qubalıları ağ günə çıxarıb, indi İvano-Frankovsk əhlini ağ günə çıxarır.


7 milyon avroya Ukraynanın Nikolaevsk şəhərində asfalt zavodu açıb, sahibi olduğu "Alov Bud" şirkəti Kaluqa qəsəbəsində 600 metrlik asfalt döşənməsi ilə bağlı ƏDV xaric 4 milyon 249 min qrivnalıq (təxminən 171 min dollar) tenderi udub. Asfaltı çəkib, 7 il istismar qarantiyası verib, işin tamamından sonra ərazini xaraba qoyub.



İndi Kaluqa sakinlərli Ziyəddin müəllimin şirkətinin gördüyü işdən məhkəməyə şikayət ediblər, kommunikasiya xətləri, yol nişanları qırılıb, köhnə asfalt tullantıları yolun kənarına atılıb, təzə yol da göz qabağında...

Yeri gəlmişkən, son 2 il ərzində Ziyəddin Əliyev Ukraynada 51 dövlət satınalması və 50 tender üzrə müqavilə bağlayıb ki, bunların ümumi dəyəri 20 milyon dollara yaxındır. Bu barədə ayrıca yazacağam.



Biz az çəkirdik bunlardan, bir də ukraynalılara yazıq oldu. Neyləyək, Ziyəddin Əliyevin "islahat"a yaşı çatmır...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.