Qubanın icra başçısı Ziyəddin Əliyev təcili olaraq Çexiyada olan şirkətlərinin təsisçiliyindən imtina edib. İDDİA/ FOTOFAKT

3-11-2019, 20:24           
Qubanın icra başçısı Ziyəddin Əliyev təcili olaraq Çexiyada olan şirkətlərinin təsisçiliyindən imtina edib. İDDİA/ FOTOFAKT
Teref.az yazır ki, Qubanın icra başçısı Ziyəddin Əliyev təcili olaraq Çexiyada olan şirkətlərini adından çıxardıb. O Çexiyada olan şirkətlərinin təsisçiliyindən imtina edərək, bu şirkətləri oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib. Bütün bu məlumatları müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. Onun paylaşdığı sənədlər bu iddianın həqiqət olduğunu təsdiq edir. Cavanşir bəy yazır:
Ziyəddin Əliyevdən daha bir xəbər var. Qubanın icra başçısı xaricdəki şirkətləri ilə bağlı sənədlərin ortaya çıxmasından təlaşlanıb.
Xüsusilə son günlər bəzi məmurlarla bağlı qərarlar cənab icra başçısını ciddi narahat edib və izi itirmək üçün Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib.
Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib. Sənədlərə görə şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.
Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib.
Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb.

Teref.az olaraq qarşı tərəfin fikirlərinbi işıqlandırmağa hazırıq!
Teref.az



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.