Göyçay sakini dələduzluğun qurbanı olduğunu deyir... - GİLEY

4-11-2019, 09:32           
Göyçay sakini dələduzluğun qurbanı olduğunu deyir... - GİLEY
Göyçay rayonu Çayarxı kənd sakini İbrahimov Eldəniz Dursunəli oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Bu şikayətimdə yazıb məlum edirəm ki, mən Göyçay şəhəri Nətavan küçəsi ərazisində yerləşən maqazində sahibkarlıq fəaliyyəti ilə məşğul oluram.Qəssab maqazinim var ki, halal pulumla qanunu qaydada inşa etdirib orada ət kəsimi ilə məşğul olub dövlətə vergi ödəyirəm, ailəmi dolandırıram.Göyçayda hamının işbaz kimi tanıdığı Salmanov Əfqan Salman oğlu mənim sahibkarlıq fəlaiyyətimə mane olub maqazinimi əlinə keçirmək istəyir.İşbaz Əfqan Salmanov buna görə müxtəlif üsullara əl atsada uduzduğunu görüb məni şantaj etmək üçün şəhid anasını qabağa verib.Əfqan Salmanovun bu hərəkəti qanunsuzluq olmaqla yanaşı şəhid adına şəhid ruhuna təhqqir hesab olunur.Çünki işbaz Əfqan Salmanov ilk olaraq maqazinimi ələ keçirmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib mənim oradan məcburi çıxarılmağım tələbini qoydu.Göyçay rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Əfqan Salmanovun iddiası təmin edilmədi.Həmçinin Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi qət edildi və 25 iyul 2018-ci il tarixdə kassasiya şikayətinin təmin edilməməsinə dair Ali Məhkəmə qərar çıxartdı.Məhkəmə qətnamələri ilə subut olundu ki, Əfqan Salamnovun iddiası tam əsassızdır həmin qəssab dükanı ona məxsus deyil, O, inşa etdirməyib, mənim maddi vəsaitim hesabına inşa edilib. Əlinin qanunlardan üzüldüyünü görən işbaz Əfqan Salmanov mənə məxsus maqazini şəhid anası Xəzangül Səftər qızı Beydullayevaya bağışlamasına dair sənəd tərtib edir.Bundan sonra Əfqan Salmanov kənara çəkilib şəhid anasını irəli verir ki, öz çirkin niyətini həyata keçirib maqazinimi ələ keçirə bilsin.Sual olunur Əfqan Salmanov sənin 40 dan çox özünə məxsus sənədli maqazinin var onlardan nə üçün birini şəhid anasına bağışlamayıb özgəsinin mülkiyyəti olan obyekti şəhid anasına bağışlayıb onu ələ salırsan.Bəli bu şəhid ailəsini ələ salmaq və şəhid ruhunu təhqqir etməkdir.
Əfqan Salmanov mənim maqazindən çıxarılmağıma dair iddia ərizəsi ilə məhkəmələrə müraciət edəndə şəhid anası Xəzangül Beydullayeva orada iştirak etməyib onun bu işdə bir dəfədə olsun adı hallanmayıb ancaq məhkəmələrdə uduzduqdan sonra şəhid anasını irəli verib.
İşbaz Əfqan Salmanova məxsus Göyçay rayonunda 40 dan çox ticarət obyekti var ki, hamısını icarəyə verib küllü miqdarda gəlir əldə edir.Bu adam məni çox narahat edir sahibkarlıq fəaliyyətimə maneələr yaradır. Maqazinimin pəncərə şüşələrini öyrədilmiş şəxs tərəfindən bir-neçə dəfə daşla vurdub sındırtdırıb.Buna görə maqazinimə müşahidə kamerası quraşdırdım və məlum oldu ki, pəncərəni daşla vurub sındıran Göyçay rayonu Hacıalı kənd sakini Şıxəliyev Eldar adlı tüfeylidir.Eldarı isə öyrədən işbaz Əfqan Salmanov olub. Mənim yeganə iş yerim həmin bu qəssablıq maqazinimdir ki, buradan əldə etdiyim gəlirlə ailəmi dolandırıram.Qeyd edim ki, mən bu maqazindən əldə etdiyim gəlirdən Qarabağ müharibəsi əlili İsmayılov Namiq Qəhrəman oğlunun dərmanlarının almasına maddi köməklik göstərirəm.
İşbaz Əfqan Salmanov isə zəhmətsiz gəlirlə əldə etdiyi var-dövlət hesabına Azərbaycan qanunalarını satın alıb özgələrin mülkiyyətini ələ almaq istəyir.Ancaq qanun öz sözünü dedi və məhkəmənin qanunu qüvvəsini alımış qərarı var.Bu yaramaz Əfqan Salmanov həttda şəhid anasını Ali Məhkəmənin sədrinin qəbuluna belə aparsada heç bir nəticəsi olmayıb.
Mən şəhidlərimizi hörmətlə anıram, onların ailələrinə böyük rəğbətim var.Allah şəhidlərimizə rəhmət eləsin, öz çirkin niyyətini həyata keçirmək məqsədi ilə şəhid ailəsini ələ salan şəhid ruhunu təhqqir edən Əfqan Salmanov kim yaramaz insanlara isə Allah lənət eləsin.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm.Cənab Prezident siz daima sahibkarlara diqqət və qayğı göstərirsiniz, onların fəaliyyətinin genişləndirilməsi və yarana biləcək maneələrin qarşısının alınması üçün mütərəqqi sərəncamlar imzalayrsınız.Buna görə bütün sahiblarlar sizə güvənib öz fəaliyyətlərini davam etdirirlər. Ancaq Göyçay rayonunda başqasının mülkiyyətini ələ almağı özünə peşə etmiş Əfqan Salmanov adlı işbaz törətdiyi qanunsuz əməllərə görə cazasız qaldığı üçün azğınlaşmışdır.Sizdən xahiş edirəm şikayətimi araşdırıb Əfqan Salmanovun barəsidnə ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".

Teref.az olaraq bütün tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.