"Kosmik inkişaflı" Azərbaycan Səhiyyəsi!!!

8-11-2019, 03:58           
"Kosmik inkişaflı" Azərbaycan Səhiyyəsi!!!
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Elxan Rəşidov Mingəçevir səhiyyəsindəki biabırçılıqdan şikayət edir. Elxan bəy yazır:

05.11.2019-cu ildə qan analizi vermişəm. Bu gün cavabını götürməyə gedəndə məlum olur ki, biokimyəvi analizləri etməyiblər.
Səbəbini soruşdum, cavab verdilər ki, artıq üçüncü gündür ki, bu analizləri yoxlamaq üçün aktivlər şəhərdə olmadığına görə qəbul etmirik.
Görün nə gündəyik ki, respublikasının dördüncü şəhəri olan Mingəçevirdə, üç gündü aktiv yoxdur ki, biokimyəvi analizləri etsinlər.

İnkişaf nağılları danışan deputatlar, nazirlər və titulları bir vərəqə sığışmayan alimlər, bəlkə deyəsiniz, təcili əməliyyata girməli olan xəstələr, bu analizlər üçün üç gün və yaxud gələcəyi gün məlum olmayan müddətə qədər gözləyə bilərmi, yoxsa sizin klinikalarda pullu analiz verməlidirlər??????!!!(((((
Əsas buna cavabdeh şəxslər Səhiyyə naziri, İTS DA-nin direktoru Z.Əliyev, Mingəçevir MX PHŞ-in direktoru K.Ələkbərovdur.
Teref.az olaraq adları çəkilən Qurum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru