İcra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT – VİDEO

17-01-2020, 00:54           
İcra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT – VİDEO
Zaqatala rayonunun Əliabad kəndində yaşayan Fazil Cumayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Teref.az xəbər verir ki, Qarabağ əlili olan Fazil Cumayev müraciətində Zaqatala rayon icra başısı Mübariz Əhmədzadə və onun qanunsuz hərəkətlərindən şikayətlənib.

O bildirib ki, 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Mübariz Əhmədzadə ona, ümumiyyətlə Əliabad sakinlərinə qarşı haqsızlıqlar edir.

Fazil Cümayevin iddiasına görə, 15 il bələdiyyə sədri işləmiş Cəfər Əliyev Zaqatala rayon ittifaqının sədri, Əliabad bələdiyyəsinin üzvü Muradov Nəzir İbadulla oğlu ilə birlikdə, yəni dayı-yeznə bişləşərək Əliabadın ehtiyat fondunda olan torpaq sahələrini Əliabad qəsəbə sakinlərinin əlindən alıb digər kənd sakinlərində, vətəndaşlara 49 illiyə icarəyə veriblər.

Daha sonra şikayətçi bələdiyyə seçkilərinə üzv olmaq üçün sözügedən rayonda vəzifəli şəxslər tərəfindən böyük əngəllərlə qarşılaşdığını qeyd edib.(Konkret.az)

Teref.az daha ətraflı videomüraciətdə təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru