Hadı Rəcəblinin səs yazısı "Məzahirə zəng edərəm..." VİDEO

4-02-2020, 20:37           
Hadı Rəcəblinin səs yazısı "Məzahirə zəng edərəm..." VİDEO
Deputatlığa namizəd Hadı Rəcəbli xalqı təhqir edib.

Secki.net xəbər verir ki, bu iddia ilə 74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Misranlı çıxış edib. Onun "Facebook” hesabından yazdığı statusu olduğu kimi təqim edirik:

"Haqqımda Azərbaycan Xəbərləri Birliyi saytında çıxan məqaləyə cavab olaraq deyirəm – Burada qeyri-adi bir şey yoxdur, Hadı Rəcəblinin düşməni yox rəqibiyəm və bu normaldır. O ki qaldı yazılara, bəli, əvvəllər ona simpatiyam var idi və ona inanırdım, onu söyüb təhqir edənlərə də irad tuturdum ki, onu söyməsinlər. Amma atamla yaxın olduğunu göstərən Hadı Rəcəbli şəxs onun ölümü üstə belə gəlmədi amma yenə də onun üzünə vurmadım. Hadı Rəcəbli indi bu yazıları verməklə özünü bir daha gözdən saldı .Əgər yazılara qalsa onda, o da keçmişdə kommunist idi və Azərbaycan xalqına qarşı olub. İndi bu yazıları üzə çıxarmaq nə dərəcədə doğrudur? Bəli, mən namizədliyimi Hadı Rəcəblidən tez vermişəm, lakin o sonra məni yanına çağırdı ki, namizədliyimi geri götürüm ancaq mən götürmədim. Mən ona deyəndə ki, axı xalq mənə imza verib. O da cavabında (üzr istəyirəm) ” Xalq mənim s….i yeyir” dedi, utanmadan. Odur ki mən də tüpürüb çıxdım. Mənim yazılarımı məndən icazəsiz yayan Hadı Rəcəblini və Azərbaycan Xəbərlər Birliyi saytını da məhkəməyə verəcəm”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru