Malik Həsənovun namizədliyi ləğv edilə bilər - :Eldar Mahmudov və Həsənovlarla bağlı ŞOK GİZLİNLƏR

5-02-2020, 01:00           
Malik Həsənovun namizədliyi ləğv edilə bilər - :Eldar Mahmudov və Həsənovlarla bağlı ŞOK GİZLİNLƏR
Bu gün deputat mandatı iddiasına düşənlər arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Deputatlarımız arasında milyonçuların olub-olmaması bəlli olmasada dey bilərik ki, yüzlərlə obyektlərə və onlarla dəbdəbəli mənzillərə sahib olanlar var. Bu namizədlər arasnda öndə gedən prezidentin köməkçisinin qardaşı Malik Həsənovdur.

Kainat.tv bildirir ki, Malik Həsənov namizəd olaraq Cəlilabadda görüşlərə qatılması ona çətinlik yaradıb.

Beləki, 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən dəfələrlə mandat almış namizədi rayonda nə tanıyan var, nədə onu qəbul edən. Yerli sakinlər onu Kərəm Həsənovun qardaşı və biznesmen olaraq bilir. Kərəm Həsənovun hesabına mandat almsını bütün rayon əhlisinə bəyandır, MalikHəsənov camaatı Milli Məclisdə təmisil etmir, o özünə var-dövlət yığır deyən seçicilər YAP-çı namizəddən narazı olduqlarını ortaya qoyub. Bildirək ki, Azərbaycan qanunvericiliyi deputatların biznes fəaliyyətini birmənalı şəkildə qadağan edir. Bu vaxta qədər bu məsələyə göz yumulsa da, əldə etdiyimiz məlumata görə, dövlət idarəçiliyində aparılan köklü islahatlat 2020-ci il 9 fevral parlament seçkilərinə də təsirsiz ötüşməyəcək və daha çox “lal deputatlar” kimi tanınan biznesmen mandat sahiblərindən biri olan Malik Həsənov “Qələmi qırılacağı” ehtimalı var.

Kainat.tv olaqraq bu yazıda da 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat uğrunda mübarizə aparan prezidentin köməkçisi Kərəm Həsənovun qardaşı Malik Həsənovun aqibətindən bəhs edəcəyik. Bildirək ki, M.Həsənovun deputatlıqla vidalaşacağı halda bunun səbəbləri sırasında onun passivliyi, biznesmen olmasından daha çox siyasi məqamlar diqqətə alınacaq.

Həsənovların beynəlxalq ifşası

Bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun – Malik Həsənovun da adı keçirdi.

Biz həmin araşdırmaya yenidən nəzər yetirərək bildirirrik ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən namizəd Malik Həsənovun da adı var. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…

Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.

Eldar Mahmudov və MTN"işi" əlaqələrində Həsənovlar faktoru

Deyə bilərik ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb. Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb.

İddialara görə, o, M.Həsənov, Mahmudovun siyahısından parlamentə düşmüşdü. Bununla bağlı mötəbər mənbənin verdiyi məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:

“Malik Həsənovun 2015-ci ildə keçirilmiş parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub. Malik Həsənovun yenidən namizəd olaraq, mandat qazanmasına seçkilərdən xeyli əvvəl Mahmudov təminat verib. O zaman YAP rəhbərliyindən israrlı şəkildə xahiş edib ki, Malik Həsənovu da siyahıya salsınlar və seçilməsinə yardımçı olsunlar”.

Elə bir müddət əvvəl sabiq komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu. Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu. Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi. Qeyd edək ki, Malik Həsənovun MTN"işi"də iştirakı və inanılmaz siyasi gedişi ilə bağlı şok məlumatları növbəti yazıda oxuculara təqdim edəcəyik.

Prezident köməkçisi və qardaşının Cəlilabad krallığı

Malik Həsənovla bağlı qalmaqalların əsas ünvanlarından biri də Cəlilabad rayonudur. Ölkə parlamenində mandat qazanmış bir çox depuatlar təmsil etdikləri rayonlarda söz sahibi olmaqla bərabər bəziləri hətta icra başçısı rolunu oynayır. Belə depuatatlardan olmuş 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən namizəd Malik Həsənovdur. Həsənovlar klanı Cəlilabada əməli başlı şah obrazı yaradması da iddialar arasındadı.

Belə ki, Cəlibaddakı bütün məmurlar ayda iki dəfədə Həsənovlara hesabat verirlər. Hətta Malik Həsənov Cəlilabad rayonuna etdiyi səfərlər zamanı sahib olduğu restoranın qarşısında məmurlar onun pişvazına çıxırlar. Redaksiyanı Cəlilabaddan məlumatlandıran mənbə bildirir ki, rayonun bütün büdcə təşkilatlarınin rəhbərləri icra başçısı yox, Həsənovlar klanı ilə hesablaşırlar və rayonun əsil rəhbəri kimi qəbul edirlər. Hətta rayonda artıq idarə müdirlərinin təyinatında Malik Həsənovun əsas rol oynadığı qeyd olunur. Bununla bağlı media üzərindən apardığımız araşdırmalar zamanı rəst gəlinən məlumatlarda bildirilir ki, büdcə təşkilatlarının rəhbərləri Bakıya səfər etdikləri vaxt mütləq depuatatın qəbuluna gəlirlər və rayonda olub bitənləri icra başçısı hansı işlər çevirdiyini ona məruzə edirlər. Hətta deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı başda olmaqla hamısının ondan çəkindiyi deyilir.

Deyilənlərə ən bariz misallardan biri olaraq illər öncə Cəlilabad icra başçısının müavini Asif Əzizovun deputat Malik Həsənov tərəfindən döyülməsini göstərir. Həmin vaxt deputatın cavabını qaytaran icra başçısının müavini Malik Həsənov tərəfindən fiziki zora məruz qalmışdı. Malik Həsənov başçı müavini ilə var-yox söyüşündən sonra Asif Əzizovun məcburi ərziə yazdıraraq özü işdən çıxartmışdı. Həsənov qardaşlarının «çirkli pulları»nı «yuyan» əsas müəssisə də Beynəlxalq Bankın Cəlilabad filialıdır. Xalası oğlu Xalis Abbasovun rəhbəri olduğu filialda təkcə komitə sədrinin deyil, həmçinin Malik Həsənov və Cəlilabada gəlib, gedən icra başçısılarının da pulları «yuyulur».

Mənbənin bildirdiyinə görə, hər il yüz milyonlarla dollar vəsaiti asanlıqla «təmizləməyi» bacaran filial rəhbəri, bunun müqabilində «payı»nı alır. Maraqlı məqamlardan biri də odur ki, Beynəlxalq Bankın Cəlilabad filialı ilboyu bircə dəfə belə istehlak krediti vermir. Bu filialın yaradılmasının səbəbkarı kimi də komitə sədri göstərilir və bildirilir ki, məqsəd «çirkli pulları» «yuduqdan» sonra onları xaricə transfer etməkdən ibarətdir. İddialara görə, Malik və Kərəm Həsənovların iri tikinti şirkətləri var. Bu şirkətlərdən biri ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğuldur.

Mənbə bildirir ki, bir neçə il öncə həmin tikintisi üçün ölkədəki bankların hər birindən 2 milyon manat kredit götürüb və həmin kreditlər hazırda tam ödənilmədiyi üçün problemli kredit hesab olunur. Bir sözlə hazırki, durumda Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Həsənovlar klanının MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var. Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması Həsənovlarla bağlı çox da yaxşı gələcək vəd etmir.
Ardı var
Kainat.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru