KTN maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyev nazir İnam Kərimovu saymır - Sahibkarın pulunun "dalına" keçib VİDEOŞİKAYƏT
5-02-2020, 07:35

Teref.az yazr ki, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyev sahibkarı ölüm həddinə çatdırıb. Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu yazdığına görə bu məmurun tamahı o həddədir ki, hətta KTN-i İnam Kərimovun 2 dəfə tapşırmasına baxmayaraq onun halal pulunu verməyib. Qeyd etmək istəyirik ki, Prezident İlham Əliyev dünənki toplantıdakı çıxışında elə bu növ məmurlar haqqında "Onlar sahibkarlara qazanmaq imkanı vermirlər.% manat qazandıqlarını görən kimi başının üstünü aırlar!" demişdi.
Teref.az sahibkar Mayılov Çingiz Sabir oğlunun şikayətini təqdim edir:
Göyçay rayonu Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu tərəfindən
VİDEO MÜRACİƏT

Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli əməkdaşı məni intihar həddinə çatdırıb.
Belə ki, cənab prezidentin çıxışından sonra mən həvəslənib qonşu Gürcüstan respublikasından Georgi LTD şirkətindən qanunu qaydada orqanik üzvü gübrə gətirdim.Hansı ki, həmin təbii orqanik üzvü gübrənin Azərbaycan respublikasına gətirilməsinə zərurət var idi. Aqrolizinqin baş idarəsinin göstərişi ilə həmin uğurla sınaqdan çıxmış manatlıq gübrəni nisiyə Aqrolizinqin rayonlardakı şöbələrinə verdim.Deyilən vaxt gəldikdə pulumu vermək istəmədilər, məni get-gələ saldılar. Buna görə Ağdaş rayonunda Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun qəbulunda oldum.O, mənim pulumun verilməsi üçün Aqrolizinqin baş idarəsinin rəhbərinə orada tapşırıq verdi.Ancaq cənab nazirin tapşırığına əməl olunmadı. Bundan sonra Ağdaş rayonunda Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovun qəbulunda oldum. Cənab Nazirin tapşırığından sonra 45000 manat pulum veriləsəd 75000 manat pulumu qanunsuz olaraq vermədilər.
Bütün bu qanunsuzluğu mənim başıma gətirən Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyevdir.
Bu adam talançılqla məşğul olub özünü quldur kimi aparır. Daha sonra şikayətçi teref.az-a yazır ki,artıq mən həyatımdan bezmişəm buna görə də məcbur olub 28 fevral 2020-ci il tarixdə Ucar rayonunda Kənd Təsərrüfatı Naziri İnam Kərimovun qəbuluna gedib orada intihar edəcəyəm. Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyev öz qanunsuz əməlləri ilə məni intihar həddinə çatdırıb.Qeyd edim ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimov 28 fevral 2020-ci il tarixdə Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək.Mən və ailəm həyat yoldaşım və övladlarım Yeni Azərbaycan Partiyasının üzvüləriyik.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova müraciət ünvanlayıb xahiş edirəm mənim 75000 manat pulumun Mikayıl Nuriyevdən alınaraq özümə verilməsinə köməklik göstərəsiniz.Əgər mən 28 fevral 2020-ci il tarixdə Ucar rayonunda nazirin qəbulu zamanı intihar edib ölərəmsə bunun məsuliyyəti bir başa Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyevin üzərinə düşəcək.
Teref.az olaraq bu şikayətin araşdırmasını davam etdirəcəyik.
Qarşı tərəfin fiirlərini dinləməyə hazırıq!
Teref.az