Hüseynbala Mirələmovun gizlətdiyi şirkət üzə çıxdı- FOTOFAKT
6-02-2020, 00:06
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli deputatlığa namizəd Hüseynbala Mirələmovun DSK-ya mlumat vermədiyi şirkətini üzə çıxardıb. Cavanşir Həsənlinin araşdırmasını təqdim edirik: Deputatlığa namizəd Hüseynbala Mirələmov 2004-cü ildə 10 min dollar nizamnamə kapitalı ilə Panamada qeydiyyatdan keçirdiyi şirkəti ilə bağlı DSK-ya nə əvvəllər, nə də sonuncu dəfə namizədliyini irəli sürərkən heç bir məlumat verməyib, başqa ölkə qarşısında vergi öhdəlikləri olduğunu gizlədib. Ona görə aşağıdakı sənədi də MSK rəhbərliyinin diqqətinə çatdırmaqda fayda var.