İcra başçısı 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində narazılıq yaradır

6-02-2020, 20:58           
İcra başçısı 104 saylı  Gədəbəy-Tovuz seçki dairəsində narazılıq yaradır
Məlumdur ki, parlament seçkilərinin keçirilməsinə az bir müddət qalıb. Təbliğat-təşviqat mərhələsi sürətlə davam etməkdədir.Lakin ciddi olaraq birtərəflilik özünü göstərir.

Ölkə başçısı Cənab İlham Əliyevin islahat siyasətinə,seçkilərə müdaxilə etməmək tapşırığına əks olaraq,104 saylı Gədəbəy-Tovuz seçki dairəsində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədov açıq aşkar Arzu Nağıyevə dəstək göstərir.

Bu şəkillərə diqqət etsəz icra başçısının tapşırığı ilə Tovuz rayonu, Alakol kəndində bütün təhsil,tibb işçilərini məcburi şəkildə Arzu Nağıyevlə görüşə gətirildiyi görünür. Tək Alakol kəndində deyil, Yanıqlı ,Çobansıxnaq, Köhnəqala kəndlərində də acıq aydın bu şəkildə proses gedir. Digər şəkildə suvağı tökülmüş məktəb binasının qarşısına Tovuz rayonu Yanıqlı kənd məktəbinin müəllimləri məcburi şəkildə görüşə toplanılıb.Etibarlı mənbələrdən aldğımız məlumata görə büdcədən maliyyələşən bwtwn idarə rəhbərlərinə ciddi tapşırıq olunub ki,bütün işçilər Arzu Nağıyevə səs versinlər. Əks təqdirdə işlərini itirməklə üzləşəcəklər.

Bu gün modern.az-a açıqlamasında belə hallara münasibət bildirən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov müəllimlərin bələdiyyə və ya parlament seçkilərinə zorən cəlb olunduğunu söyləyib:”Ölkənin prezidenti tələb qoyub ki, ədalətli seçki keçirilsin. İcra hakimləri də, məktəb direktorları da buna əməl etməlidirlər. Mən müəllimlərə, məsləhət görürəm ki, xalqın dediyi adama səs versinlər. Prezidentə kömək etsinlər. Hamımız Prezidentimizin həyata keçirdiyi islahatlara dəstək verməliyik”

Buradan belə başa düşmək olar ki,islahatların əksinə çıxan Tovuz Rayon İcra Hakimiyyəti və yerli icra nümayəndələri Ölkədə gedən islahatları görməməzliyə vururlar.Maraqlıdır ki,Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı da bu dairədə başqa namizədi dəstəkləyir.

DOSYE.ORG














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru