Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov ona şər atanlara kəskin cavab verdi - MƏTN

17-02-2020, 03:00           
Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov ona şər atanlara kəskin cavab verdi - MƏTN
Teref.az yazır ki, bir qədər əvvəl Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənova qarşı sosial şəbəklərdə ağır ittihamlar səsləndirilmişdi. Bu gün Anar Həsənov bu ittihamlara feysbukda öz profilində cavab verib. Teref.az olaraq bu cavabı bəzi ixtisarlarla təqdim edirik:
Salam, azərbaycanlılar. Müraciətimi ana dilində paylaşmağıma səbəb mənə və Fizuli müəllimə olan şər və böhtanların müəllifıərinin milli biclər olmasıdır. Azərbaycan diasporunun bütün fəal üzvləri təsdiqləyər ki, bu günə kimi onların hər birinə qarşı "qurşaqdan aşağı" fəndləri ancaq öz milli biclərimiz atmağa cəhd edib. Belələrinə soydaş və həmvətənli deyə bilmirəm.

1. Mənə qarşı bəsit ksenofobların təkrar-təkrar ünvanladığı böhtanlardan biri guya "özümü rus saymağım, azərbaycanlı olduğumu inkar etməyim" dir.
Bu böhtan dəfələrlə kömək etdiyim, taqanroqlu Aleksandr Fomenkovla 2017 ci ildəki yazışmamdan qaynaqlanır ki, sonuncu şəxsi yazışmamızı sosial mediaya ötürüb. "Mən artıq azərbaycanlı deyiləm, rusiyalıyam" cümləsini rəhbər tutan SİÇOVULLARA hesabat vermək fikrində deyiləm, amma sağlam auditoriyaya bu fikrin təfsirini izah edəcəm:
Mən artıq azərbaycanlı deyiləm, rusiyalıyam deyərkən, vətəndaş kimliyini, mənsubiyyətini nəzərdə tutmuşam. Etnoloqlar da təsdiqləyər ki, Azərbaycanlı və Rusiyalı vətəndaş anlamında işlədilən etnonimlərdir, başqa sözlə, vətəndaş milliyyətinin adıdır. Əgər şəxs Rusiya vətəndaşlığını qəbul edirsə və rusiyalı kimi təqdim edilirsə, deməli ki, onun mənsub olduğu etnik kök yox, vətəndaşlığı nəzərdə tutulur. İkincisi, həmin yazışmada mən rusiyalıyam və türkəm yazarkən - etnik kökümün Azərbaycan türkü olduğunu ifadə etmişəm. Niyə talış, kürd etnik kimliyini vurğularkən, mən türklüyümü gizlətməliyəm?! Tanrı türkü qorusun!!!Məsələni diaspor müstəvisində müzakirə etdikdə isə əlbəttə ki, Vətənimizin təəsübkeşləri kimi, biz Rusiyada Azərbaycan türkləri, talışları, kürdləri diasporunu yox, Azərbaycan diasporunu qururuq!!! Odur ki, Rusiya azərbaycanlıları İttifaqını təsis etmişik. Milli birlik naminə dünyaya Azərbaycanlı kimi ünvanlanırıq!

İkinci böhtan mövzusuna keçməzdən qabaq ailə söhbəti aparanlara üzümü tuturam:
Bic və himayədarları, əgər Sizi Azərbaycan cəmiyyəti islah etməyibsə, ədliyyə bu işin öhdəsindən gələr!!!

2. Deməli ki, ikinci böhtan yoldaşımın etnik tərkibi ilə bağlıdır. Nelli adını erməniliyə bağlamağın kökləri bir "həmkarımın" paxllığından doğub. Belə ki, fonumda solğun, gərəksiz olan və bu gün artıq həsədindən peşman olmuş birisi vaxt var idi ki, ləkələmək üçün axtarışda idi və "ləkələməyə" cəhdi oğrun-oğrun siçovul kimi Nelli adı ilə başladı. Əvvəlcə "pərdəarxası" səslənənən uydurma, böhtan, sonralar "fəaliyyətinə" ikrah hissi ilə baxdığım "dilənçi reketlər" tərəfindən gündəmə gətirildi.
Nəzərinizə çatdırım ki, mənim yoldaşımın adı Nineldir. Rusiyada yaşadığı üçün yerli dilə uyğun olaraq ona Nelya deyə müraciət edilir. Həm də azərbaycan dilində "ь" hərfi olmadığından Rusiyada Нинел kobud səslənir. Atası 1954 cü ildə Gəncədə doğulmuş Rafiq Əli oğlu Əliyevdir. Rafiq müəllimin atası, yəni yoldaşımın babası 1922 ci ildə Ermənistanın Qəmərli rayonu (indiki Artaşat) Axund Bzovand kəndində doğulmuş Əli Hüseyn oğludur. Babasının atası Kərbəlayi Hüseyn İsmayıl oğludur. Hər ikisi Gəncə məzarlığında torpağa tapşırılıb. Rəhmətlik Əli müəllim ailəsi ilə 1949 cu ildə Ermənistandan Azərbaycana deportasiya edilərək, imkanlı olduğundan nəzərdə tutulan Səlyanın Arbatan kəndinə yox, Gəncəyə pənah gətirib. Ermənistandan 1948-51 də erməni deportasiya edilə bilərdi??!!! Həm də Əli, Hüseyn, İsmayıl adları ilə...
Hörmətli Azərbaycanlılar, nüfuzumun artması, milli məsələlərdə sinəmi qabağa verib dövlət və millətimi müdafiə etməyim kimlərəsə rahatlıq vermir.
Zibilli təxəyyüldən doğan nəcis üfunətli böhtanları biri birinə vatsapla yollayan zavallılara isə demək istərdim ki, mən mükafatımı vicdanımdan alıram və mənə qiyməti verən verib, - sizin lütfünüzə zərrə qədər ehtiyacım yoxdur!!! Mənə afərin deyən dahilərin siyahısını sadalaya bilərəm. Biləcəri çevrəsində belə heç kəsə lazım olmayan, zeniyyəti ilə nəinki ixraca, daxili auditoriyaya belə faydasız, işsiz, ac-yalavac, ölkə hüdudlarından kənarda ekzotika kimi qəbul edilən əyalət düşüncəli eybəcər, - əmin ol, ailənin ehtiyacını mən ödəyəsi deyiləm!!! Diaspor vakansiya elan etməyib və sənin kimilərə burda ehtiyac yoxdur.
Bizdə evin kişisini soruşarlar!!! Ancaq ailəsinə hörmət etməyən ailə mövzusunu siyasi mübarizədə istifadə edir. Və bir qayda olaraq ki, bu ağır mövzunu kişi etmir ki, eləsi ilə kişi kimi haqq hesab çürüdəsən.
Hörmət etdiyim kəslərə yoldaşımın atasını və babasının pasportlarının surətini də göndərə bilərəm. Amma bic və dilənçilərlə mənimki məhkəməyə qalsın!!! Bu mövzuya birdəfəlik nöqtə qoymaqda qətiyyətliyəm! Dostlar, qazilər, ziyalılar, qədirbilən azərbaycanlılar!!! Haqqımda şər yazan ikiayaqlının şəklini hər birinizin şəxsinə göndərirəm. Tanıyın şərçi binamusu!

P.S. Gərək ki, prezident kadr islahatları keçirərkən bu törəmə bicləri də nəzərə alaydı. Dəvəsi ölmüş ərəbləri diaspor dolandırmaq fikrində deyil!
Anar Həsənov













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru