Elmar Məmmədyarov ailəsinin Nyu Yorkda super bahalı 2 mənzili var - FOTO
22-05-2020, 20:35

Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni araşdırma ilə çıxış edib. Cavanşir Həsənli Xarici İşlr naziri Elmar Məmmədyarovun Nyu Yorkda 2 super bahalı mənzili olduğunu yazır.Cavanşir bəy yazır:
Əziz dostlar, xarici işlər naziri Elmar Məmmədyarovla bağlı yaydığım məlumata görə üzrxahlığımı bildirirəm.
Ona görə ki, bundan əvvəl yaydığım məlumat natamam idi və əslində XİN rəhbəri oğlu Elmar Məmməyarovun adına Nyu-York, Riverside Boulevard 120 ünvanında bir deyil, 2 mənzil alıb. Mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb. Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər. Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub.
Yəni ümumilikdə 4 milyon 250 min dollar!
Mənzillərdən biri ilə bağlı Nyu York şəhər Maliyyə Departamentinə aid əlavə etdiyim sənəddə (ID 2015070B00529001) mənzilin dəyərinin tam ödənildiyini əksini tapıb.
Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova)
da bu mənzillərdə qeydiyyatdadırlar.
Baxaq, XİN bu sənədə nə cavab verəcək?
Teref.az olaraq araşdımada göstərilən faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az



