Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR

28-05-2020, 08:50           
Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
Respublika Baş Prokurorluğu Jurnalistlərin binası ilə bağlı araşdırmaya başladıqdan sonra sakinlər tərəfindən mənzillərin satışa çıxarılması prosesi sürətlənib.
Teref.az-ın xəbərinə görə, son günlərdə sözügedən binadan bir neçə mənzil sahibi tərəfindən satılır. Onların bir hissəsi alqı-satqı saytlarına yerləşdirilib.
Xatırladaq ki, jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə cinayət işinin başlanmasını istəyirlər.Yenisabah














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.