Elmar Məmmədyarovun o biri oğlununda Nyu Yorkda mülkü tapıldı FOTO
29-05-2020, 20:27

Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayevanın əndrabadi açıqlaması istisna olmaqla Elmar Məmmədyarov hələ də oğlu üçün Nyu-Yorkda aldığı iki mənzillə bağlı sənədlərə görə hələ də cavab verməyib. Xatırladaq ki, Riversayd bulvarı, “Tramp-Pleys”dəki hər iki mənzil nazirin böyük oğlu Emin Məmməyarovun adına alınıb, ümumilikdə 4,25 milyon dollar nəqd pul ödənilib.
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşır Həsənli yeni araşdırmasını bu cümlələrlə başlayır. Daha sonra Cavanşir Həsənli yazır:
Bəs XİN rəhbəri kiçik oğlu üçün Birləşmiş Ştatlardan əmlak almayıbmı?
Araşdırmalardan bəlli olur ki, nazirin kiçik oğlu Riyad Məmmədyarov reyestr sənədləri ortaya çıxan mənzillərdə qeydiyyatda deyil. Riyad Nyu-Yorkun Manhetten səmtində başqa bir ünvanda Broadway 2373, Apt 1028-də ötən il ailə qurduğu Aleks Zappala ilə birgə qeydiyyatdadır. Təəssüf ki, müvafiq mənbələrə girişim artıq bloklarıb və mənzillə bağlı ətraflı məlumat əldə etmək mümkün olmayıb. Lakin Nyu-Yorkun əmlak şirkətləri vasitəsilə həmin ünvandakı mənzilin hazırda 850 min dollara satışa çıxarıldığı bəlli olub. İkiotaqlı mənzil 2015-2018-ci illərdə aylıq 3500-3800 dollara kirayəyə təklif olunub.
Riyad Məmmədyarov 2012-ci ildən Nyu-Yorkda yaşayır, 2012-2018-ci illərdə Nyu-York universitetində təhsil alıb.
Manhettendə yerləşən və ABŞ-ın ən bahalı təhsil müəssisələrindən sayılan Nyu-York Universitetində illik təhsil 53 min dollara başa gəlir. Digər xərclərlə birlikdə 76 min dollara qədər dəyişir.











