Ata Abdullayevin döyüldüyü "obyekt" Cavid Qurbanova məxsusdur? - VİDEO

31-05-2020, 19:53           
Ata Abdullayevin döyüldüyü "obyekt" Cavid Qurbanova məxsusdur? - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gecə blogger Ata Abdullayev Pirşağı qəsəbəsində yerləşən “Həyat” İstirahət Mərkəzində döyülüb.

O, mərkəzdə feysbuk üzərindən canlı yayım açıb və gecə yarısı olmasına baxmayaraq, bəlli olub ki, obyektdə karantin qaydaları ciddi şəkildə pozulub. Videodan görünür ki, karantin qaydalarını pozanlar gənc oğlan və qızlar olub. Detallara varmadan bildirək ki, bu hal qanunvericiliyin ciddi şəkildə pozulmasıdır və məsuliyyət yaradır.

Bəs “Həyat” İstirahət Mərkəzinin sahibi kimdir? “Yeni Sabah” bildirir ki, mərkəzlə bağlı zaman-zaman mediada neqativ informasiyalar tirajlanıb. İstirahət mərkəzi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsus olan onlarla biznes layihələrdən biridir.

3 il əvvəl bu istirahət mərkəzində dəhşətli qətl hadisəsi baş vermişdi və o zaman da C. Qurbanov gündəmə gəlmişdi.

“Həyat” İstirahət Mərkəzindən fotolar təqdim edirik:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru